Alimlərin apardığı araşdırmalara görə, seks hamının düşündüyünün əksinə gənclərin yaxşı olduğu sahə deyil. Yaşlı insanların cinsi həyatları daha keyfiyyətlidir.
İnsanlar yaş artdıqca zaman və praktika sayəsində həyatın təməl sahələrində daha yaxşı bacarıq və strategiyalar inkişaf etdirirlər. Bu hal seks üçün də keçərlidir.
TurpKimi.com xarici mediaya istinadla xəbər verir ki, bəzi alimlərin apardığı araşdırmalara görə, insanın seks həyatı yaşla birlikdə qocalmır, əksinə canlanır.
ABŞ-da 60 yaşdan yuxarı yetkin kişi və qadınların böyük bir hissəsi cinsi baxımdan aktivdirlər və onlar seksi həyatlarının əhəmiyyətli bir parçası kimi xarakterizə edirlər.
Yaşın artmasının cinsi həyat keyfiyyətinə necə təsir etdiyini araşdıran bir qrup alim 18 il ərzində izlənilən 20-93 yaşları arasındakı 6 min adamdan toplanan məlumatları analiz edib. İştirakçılardan cinsi həyatlarını 0 ilə 10 arasında olan rəqəmlə, yəni ən pis vəziyyətdən ən yaxşı vəziyyətə qədər balla qiymətləndirmələri tapşırılıb.
Nəticələrə əsasən yaşlanma seks həyatını daha da yaxşıya doğru dəyişir.
KEYFİYYƏTLİ CİNSİ HƏYATIN AÇARI HƏYAT TƏCRÜBƏSİDİR
Araşdırmaçılar yaşlı və gənc insanların sosial vəziyyətini, fiziki və zehni sağlamlığını da qiymətləndiriblər. Yenə də yaşlı yetkin insanlar daha yaxşı cinsi həyat keyfiyyətinə sahibdirlər.
Alimlərin fikrincə yaş artdıqca insanlar bir-birlərini daha yaxşı tanımağa başlayırlar. Yaş artdıqca zövqlərə və keyfiyyətli romantik dəqiqələr yaşamağa fokuslanmağı yaxşı bilirlər.
Yazılıb: 03-03-2021