Münasibətlərdə səmimilik və qarşılıqlı istək çox vacibdir.
Kişiləri nə qədər yaxşı tanıyırsınız? Bəs kişilər yataqda nə istəyir? Daha xoşbəxt seks həyatı yaşamaq üçün qadının bilməli olduğu bəzi gerçəklər:
Kişilər danışan qadın istəyir
Kişilər seks zamanı qadınların zövq aldığını üzə çıxaran danışıqlarını eşitmək istəyir. “Daha tez-tez, çox gözəldir...” kimi sözlər demək yataqda kişiləri dəli edə bilir.
Nəzarəti qadının ələ almasını istəyir
Kişilər düşünülənlərin əksinə olaraq hər zaman sevişməyə hakim olmaq istəməzlər. Hərdən ipləri qadının ələ almasından və idarə edilməkdən xoşlanırlar. Pozisiyaların qadın tərəfindən dəyişdirilməsini və buna uyğunlaşmaq məcburiyyətində qalmağı sevərlər.
Qadının yeni pozisiyalara açıq olmasını istəyirlər
Davamlı eyni pozisiyada sevişmək, təkcə kişi üçün deyil, qadın üçün də sıxıcı olur. Yeniliklərə açıq olmaq hər iki tərəf üçün arzuolunan olmalıdır. Yeni pozisiyalarda sevişmək, fantaziyalar qurmaq və onları həyata keçirmək seks həyatını rəngləndirməyə yararlıdır. Kişilər də partnyorlarından bütün bunlara açıq olmalarını gözləyir və istəyirlər.
Təəccüblənmək istəyirlər
Sevgilinizin seks zamanı xoşladığı bir və ya bir neçə şeyi sonrakı sevişmənizdə ona sürpriz olaraq yaşada bilərsiniz. Onun xoşladığı seksual paltarı geyinmək və ya onu fantaziyalı oyuna dəvət etmək kimi təəccübləndirici hərəkəti hər kişi qadından gözləyir.
İzlənmək istəyir
Kişilər vizuallıqdan daha çox hissiyata gəldikləri üçün sevişmə zamanı qadını izləməyi çox sevirlər. Bunun üçün yataq otağınızda aynanın olmasından yan qaçmayın. Bundan başqa, rahat davranın və bədəninizi nümayiş etdirməkdən utanmayın.
Yazılıb: 15.11.2019-cu ildə
TurpKimi.com