Alt paltarı geyinmədikdə orqanizmdə nə baş verir?
Alt geyimi həyatımızın əvəzolunmaz bir hissəsinə çevrilib. Buna baxmayaraq alt geyimlərinin bədənimizə bir çox zərərləri var.
Qeyd edilir ki, alt geyimdən çox istifadə edənlər olsa da, son zamanlar geyinməməyə üstünlük verənlər də az deyil. Buna səbəb geyimin altından tikiş izlərinin görünməsidir. Düzdür, tikişsiz alt geyimləri də satılır, ancaq həmin geyimləri bəyənməyənlər var.
TurpKimi.com bildirir ki, bəzi insanlar alt paltarı geyinməməyin genital bölgənin müdafiəsiz və bakteriyalara açıq şəkildə saxladığını düşünür, bəziləri isə alt paltarı geyinməməyin daha sağlam seçim olduğunu bildirir.
Əslində mütəxəssislər də iç geyim geyinməməyin bədənə bir çox faydası olduğunu bildirir. Ən azından yatarkən alt paltarınızı çıxarıb yatmaq salamlığınıza fayda verə bilər.
O zaman alt paltarı geyinmədikdə orqanizmdə nə baş verir?
Alp paltarı kimi dar geyimlər mədəmizi sıxır. Bu zaman mədə turşusunun yemək borusundan yuxarı çıxmasına, yəni reflüyə səbəb olur. Çox narahatedici bir xəstəlik olan reflü 20-30 yaş arası insanlarda geniş yayılır. Bu riski azaltmaq üçün alt paltarlarınızdan qurtulmaqla başlaya bilərsiniz.
Kandida, digər bir adı göbələk infeksiyası olan xəstəlik qadınların tez-tez rastlaşdığı bakterial infeksiyalardan biridir və 20 faizində rast gəlinir. Bəzilərində heç vaxt simptomlar olmaz, ancaq fəsadlar yarandıqda mantar yayılmağa meyilli ola bilir.
İnfeksiyanın ən geniş yayılmış səbəbi isə alt paltarının yaş qalmasıdır. Pambıq alt geyimləri nəmliyi saxladığı üçün bakteriyaların çoxalmasına şərait yaradır. Buna görə də alt geyimləri geyinməmək cinsiyyət orqanlarında problem riskini azaldır.
Bir çox alt geyimlərin materialı, rəngi kimyəvi tərkibli olduğu üçün asanlıqla allergik reaksiyaya səbəb olur. Bu isə özünü qıcıqlanma, qabarma, qızartı və şişkinlik kimi biruzə verir. Əgər həssas dəriyə sahibsinizsə, o zaman allergik infeksiyaların qarşısını almaq üçün təbii materialdan hazırlanmış alt paltarı geyinməli və ya ümumiyyətlə geyinməməlisiniz.
Gecə yatmazdan əvvəl iç geyimi çıxarıb yatmaq, cinsi orqanın hava almasına şərait yaranmış olur. Bu, bir çox bakteriya və pis qoxunun da əmələ gəlməsinin qarşısını alır. Qadın doğuş həkimlərinin dediklərinə görə, bəzən vaginanın təmiz havaya ehtiyacı olur. Digər tərəfdən alt paltarsız yatmaq bədənimizin rahatlanmasına kömək edir.
İç geyimini geyinməmək təkcə bədənizimi rahatlandırmaz, həm də qan dövranını sürətləndirir. Xüsusilə də zərif görünmək üçün sıx alt paltarı geyinirsinizsə, bu qan dövranını yavaşladır və selülitin görünməsini artırır.
Qadın sağlamlığı üzrə mütəxəssislərin dediklərinə görə, alt geyiminiz həqiqətən sıxdırsa, sinir sıxılmasına və qan dövranının azalmasına səbəb ola bilər.
Ancaq hər zaman alt paltarı geyinməmək də düzgün deyil. Əgər genital bölgənizə birbaşa təmas edən, qıcıqlanmaya səbəb ola biləcək dar cins və ya sintetik tayt geyindikdə, mütləq pambıq materialdan iç geyim geyinilməlidir
Firuzə Alimova / TurpKimi.com