Yatarkən modemi söndürün! - XƏBƏRDARLIQ


Uşaqlar və yetkinlər hər gün cib telefonu, televizor və komputer kimi elektronik əşyaların radio, səs dalğalarına və radiasiyasına məruz qalır. 

yatarken-modemi-sondurun
02.01.2020 20:39 2 dəq oxuma

Aparılan araşdırmalara görə, modem cihazların sağlamlığa mənfi təsirləri var. 

TurpKimi.com xəbər verir ki,   mütəxəssislər xüsusilə uşaqların yatdığı otaqlardakı modemlərin gecə saatlarında söndürülməsi barədə ailələri xəbərdar edib. 

Yatarkən modemi söndürün! 

Kabelsiz internetin sağlamlığa təsirləri mövzusunda müxtəlif araşdırmalar var. Xüsusilə elektromaqnit dalğaların toxumalara zərər vurduğu, toxuma genetikasını pozduğu, sperma sayını azaltdığını bildirirlər.  Mütəxəssislər uşaqların yatdığı otaqda modemin gecələr söndürülməsinin vacib olduğunu qeyd ediblər. 

Kişilərdə sperma sayını azaldır sonsuzluğa səbəb olur

Texnologiya ilə birlikdə həyatımıza girən kabelsiz internet istifadəsi və elektromaqnit dalğaların sağlamlığa mənfi təsirləri çoxdur.  Toxumalar isinərək müxtəlif dəyişikliyə məruz qalır. Vayfay siqnallarının toxumalara zərər vurduğu,  sperma sayını azaltdığı,  diqqət konsentrasiya problemlərinə gətirib çıxardığı, kişilərdə sonsuzluğa, uşaqlarda qavramada pozğunluğa  səbəb olduğu araşdırmalarla sübut edilib. 

Avropa Birliyi və Amerikada aparılan təcrübələrdən də məlum olur ki, vayfayın elektromaqnit dalğa təsiri  sadəcə qabardılmır, ört-basdır edilir. Hər gün radiasiyaya məruz qalırıq. Ətrafımızda çoxlu dalğalar var. Telefondan axtarış etsək nə qədər şəbəkə çıxar. Bunların hamısı insan bədənindən də keçir. 

Vayfay, elektromaqnit dalğalar xüsusilə uşaqlar üçün təhlükə mənbəyidir. Heç olmasa yatarkən modemi söndürmək radiasiyaya məruz qalmağı azaldır.  Mütəxəssislər modemi açıq bir yerə, eyvana, ya da az oturduğunuz otaqlardan birinə qoymağı təklif edir. 

Xüsusilə ofis şəraitində işləyənlər xroniki yorğunluq sindromu, yuxusuzluq, diqqət konsentrasiya pozğunluğundan əziyyət çəkirlər. Heç olmasa modem olan yerin havası tez-tez dəyişilməlidir. 

Vüsalə Əlövsətqızı, TurpKimi.com