Yatmayanda, görün bədəndə nələr baş verir


Özünüzü bədbəxt hiss edirsiniz?

yatmayanda-gorun-bedende-neler-bas-verir
12.07.2019 23:30 1 dəq oxuma

Yatmayan insanlar yüksək təzyiq xəstəliyindən əziyyət çəkirlər. Piylənmə də bu səbəbdən dolayı artır. Çünki yatmayanda yemək yeyərək kilo almağa başlayırsan.

TurpKimi.com bildirir ki, bu sözləri türkiyəli ürək cərrahı Prof.Dr.Mehmet Öz deyib.

Sağlam yuxunun əhəmiyyətindən danışan həkim yuxusuzluq problemi yaşayan insanların xoşbəxt olmadığını bildirib. İnsanlar yatmadıqları vaxtlarda daha çox yemək yeyirlər. Lakin yuxu çox vacibdir. Həyatımız daim işləyərək keçir. Yatmayan insanlar isə yüksək təzyiq xəstəliyindən əziyyət çəkirlər. Piylənmə də məhz bu səbəbdən artmağa başlayır. Çünki yatmayanda yemək yemək istəyirsən və yedikcə çəki alırsan. Gün ərzində etmək istəyib, amma edə bilmədiyin şeylərə artıq bədən tabe olmur. Hormonların tarazlığı pozulur. İnsanlar yatmayanda özlərini xoşbəxt hiss etmirlər. Əgər gözəl yatağın varsa, bu sənin yuxunun gəlmə ehtimalını artırır. Nizamlı yuxu isə insana əlavə 20 dəqiqə qazandırır.

Firuzə Alimova / TurpKimi.com