Yatmazdan əvvəl bunlara mütləq əməl edin


Dərimiz gün ərzində müxtəlif kimyəvi maddələrə, çirklənmiş havaya, toksinlərə və Günəşin zərərli  şüalarına məruz qalır.

yatmazdan-evvel-bunlara-mutleq-emel-edin
03.06.2019 23:16 2 dəq oxuma

Nəticədə dəri  quruyur, təravətini itirir, qırışır və ləkələnir. Bütün bunların qarşısını almaq mümkündür.

TurpKimi.com cildinizin təravətli, cavan qalması üçün yatmazdan öncə mütləq şəkildə ona qulluq etməlisiz. Sizə bəzi məsləhətləri təqdim edirik:

Bunu bilməyən tapılmaz deyəcəksiniz. Makiyaj ilə yatmaq məsamələrin tıxanmasına,  sızanaq və qara ləkələrin yaranmasına səbəb olur. Yatmazdan əvvəl dərinizi  təbii təmizləyici ilə təmizləyin.

Tonerdən istifadə  dərinin pH balansını tənzimləyir, bakteriya və digər mikroorqanizmləri öldürür, dərini dərindən təmizləyir. Belə ki, dəriyə qulluq üçün tonerdən istifadə  vacibdir.

Cildinizə uyğun  toner alın və makiyajınızı təmizlədikdən sonra üzünüzü və boynunuzu tonerlə silin. Bunu etməklə parlaq, nəmli və təmiz bir dəriniz olacaq.

Göz kremi alın

Yaşlanmanın ilk əlamətləri gözlərin ətrafında özünü göstərir. Göz ətrafı sahəni nəmləndirmək və yumşaltmaq, qırışları azaltmaq və qara kölgələri məhv etmək lazımdır.

Gözəl olmq üçün yuxunuzu təmiz alın

Gecə ən az 7-8 saat yatı. Bununla hüceyrələrin böyüməsinə və cavanlaşmasına kömək edəcəksiz. Yaxşı yuxu dərini cavanlaşdırır, qara kölgələr və qırışların yaranmasını önləyir.

Əl kremindən istifadə edin

Yaşlanma əlamətləri əllərdə də özünü göstərir. Yatmazdan əvvəl gecə əl kremi sürtməyə vərdiş edin.

Yatmamışdan əvvəl əllərinizi isti su ilə yuyun, pambıq dəsmalla qurulayın və əl kremi ilə ovuşdurun.

İpək yastıq üzlərindən istifadə edin

Saçınızın və dərinizin korlanmaması üçün ipək yataq dəstlərindən  istifadə etməlisiniz. İpək dərini cavanlaşdıran və gözəlliyinizi qoruyan bir çox təbii zülallara malikdir. Eyni zamanda ipək çarşaf saçların dolaşmasına mane olur.

Saçlarınızı yığın

Saçlarınızı dolaşmaqdan qorumaq üçün yığın. Saçı yığmaq saçınızdakı yağların dərinizə toxunmasının və sızanaqların  yaranmasının, artmasının  qarşısını alır.

Bu məsləhətlərə əlavə olaraq, telefonunuzu yataq otağınızdan çıxardın, televizoru söndürün, isti vannadan  sonra dərin  gecə yuxusunun dadını  çıxardın. Bu gözəllik məsləhətlərini hər gecə tətbiq etsəniz, saç və dəridə gözəçarpan müsbət dəyişikliiklərin şahidi olacaqsız.

Vüsalə Əlövsətqızı, TurpKimi.com