Yatmazdan əvvəl çörək yemək zərərlidir? - Diyetoloq açıqladı


Çörəyi nə vaxt yedikdə orqanizmə zərər verməz...

yatmazdan-evvel-corek-yemek-zererlidir
05.06.2023 21:42 1 dəq oxuma

“Yatmazdan əvvəl çörək yemək vərdişi əlavə çəkiyə səbəb ola bilər”.

TurpKimi.com xəbər verir ki, bunu diyetoloq Elena Solomatina "Moskva 24" telekanalına bildirib.

Onun sözlərinə görə, axşam, hətta gecələr çörək yeməmək məsləhətdir, çünki karbohidratlı məhsulla orqanizm enerji alır, hanısı ki, onu yedikdən sonra sərf etməlidir.

Gecələr yatdığımız üçün aktiv deyilik. Əgər enerji sərf edilməsə, o, yağ kimi depolanacaq və biz əlavə çəki alacağıq”, - diyetoloq izah edib.

Mütəxəssis kilo almamaq üçün səhər və günortadan sonra çörək yeməyi tövsiyə edib. Beləliklə, insan axşama qədər yeməklə aldığı enerjini sərf etməyə vaxt tapacaq. Bu vəziyyətdə, bütün taxıllı çörək növlərinə üstünlük vermək  olar.

Firuzə Alimova / TurpKimi.com