Yatmazdan əvvəl yastığın altına sarımsaq qoysanız... - Nələr olar?


Gündəlik həyatımızda sarımsaq yeməyin bir çox faydası vardır.

yatmazdan-evvel-yastigin-altina-sarimsaq-qoysaniz
02.06.2022 09:33 2 dəq oxuma

Xərçəng hüceyrələrilə mübarizə aparar, orqanizmdə detoks təsiri yaradar və hətta vücuddakı yağı azaltmaq kimi inanılmaz super güclərə malikdir. Bu möcüzəvi qidanın xeyirini biləndən sonra, qoxusu sizə xoş gələcək. Ancaq sarımsağın faydaları  bunlarla məhdud deyil!

Gecələri bu möcüzə bitkini yastığınızın altına qoymağa başlayanda baxın nə olur?

TurpKimi.com sarımsağı yastığın altına qoyanda verdiyi faydaların siyahısını təqdim edir:

1. Burun tutulmasını açar

Yastığın altına qoyduğunuz sarımsaq burun tutulmasını önləyir, burnu açır. 

Yaxşı bunu necə edir?

Sarımsaqdan yavaş-yavaş  buxarlanan allisin adlı güclü antibiotik maddə mikroblar və infeksiyalarla mübarizə aparır.
Allisin burun kanallarını təmizləyərək burun tıxanıqlığından xilas edir və daha rahat nəfəs almağınıza kömək edir.

2. İmmunitet sisteminizi gücləndirər 

Sarımsaq inanılmaz dərəcədə güclü antibakterial xüsusiyyətlərə sahib olduğu üçün hər cür pis bakteriyanı yox etmə qabiliyyətinə malikdir.

Allisin yoluxucu bakteriyaların insan bədənində inkişafına icazə verən 2 qrup fermenti blok edir. 
Ona görə də yastığınızın altına sarımsaq qoysanız səhərlər özünüzü daha gümrah və sağlam hiss edəcəksiniz.

3. Yataq həşəratlarını yox edir 

Əgər yatarkən birdən çox ağcaqanad sizi sancırsa,  ya da yataq böcəklərindən zərər görürsünüzsə,  qəti şəkildə  ehtiyacınız olan tək üsul budur.

Sarımsaq böcəklər üçün xüsusilə, ağcaqanadlar üçün zəhərlidir. Bunun fərqində olan böcəklər sarımsaq qoxusundan uzaq dayanır.

4. Daha yaxşı yatmağınıza kömək edər

Sarımsaq yuxusuzluq ilə mübarizədə təsirli olan  B1 vitamini baxımından zəngindir. Sarımsaqda melatonin ifraz olunmasını əhəmiyyətli dərəcədə artıran bol miqdarda B6 vitamini var. 

Bu möcüzəvi bitkinin sinir sisteminə inanılmaz müsbət təsiri var və insanı sakitləşdirir, zehni dincəldir.  

Vüsalə Əlövsətqızı, TurpKimi.com

Yazılıb: 26-03-2021