Əksəriyyət axşam yumurta yeməyin zərərli olduğunu düşünür...
Avstraliyanın qidalanma üzrə mütəxəssisi Şaron Natoli hər gün 2 ədəd yumurta yeməyin əhəmiyyətindən bəhs edib. O bildirib ki, yatmazdan əvvəl axşam yeməyində yeyilən yumurtanın isə orqanizmə təsiri böyükdür.
Bundan başqa, hər gün yeyilən 2 ədəd yumurta saç, dırnaq və dərini gücləndirir.
Natoli yumurtanın yuxunun keyfiyyətinə və müddətinə təbii sakitləşdirici vasitə kimi təsir etdiyini də izah edib. Belə ki, sedativ (sakitləşdirici) xüsusiyyəti ilə yumurta orqanizmin yuxu hormonu olan melatoninin daha çox yaranmasına kömək edir. Bu da insana yuxugətirici təsir göstərir. Lakin yumurta təkcə yuxu gətirmir, həm də yüksək protein tərkibi ilə insanı tox tutur, çəki almasının qarşısını alır və stresdən qoruyur.
Firuzə Alimova / TurpKimi.com