Yaxın günlərdə hava necə keçəcək?


Yaxın günlərdə müşahidə olunacaq hava şəraiti açıqlanıb.

yaxin-gunlerde-hava-nece-kececek
16.04.2022 19:33 1 dəq oxuma

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, hazırda ölkə ərazisində yağmursuz hava şəraiti müşahidə olunur.

Havanın temperaturu iqlim normasından 2.0° yüksəkdir. Yaxın 2-3 gün ərzində Bakıda və Abşeron yarımadasında, bölgələrdə hava şəraitinin sabit olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 17-də gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 15-20° isti, bəzi rayonlarda 20-25° isti, dağlarda isə 8-13° isti olacaq. Mülayim cənub küləyi aprelin 18-19-da ayrı-ayrı yerlərdə arabir güclənəcək.

TurpKimi.com