Yaxın iki gün ərzində ölkə ərazisində temperaturun tədricən yüksələcəyi və küləkli hava şəraitinin üstünlüyü gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında martın 27-si səhərdən 30-u səhərədək hava şəraitinin küləkli olacağı, cənub-qərb küləyinin şimal-qərb küləyi ilə əvəz olunacağı, küləyin maksimal sürətinin 15-20 m/s, arabir 23-28 m/s, 28-i gecə və səhər yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcəyi gözlənilir.
Azərbaycanın rayonlarında martın 27-si səhərdən 30-u səhərədək ölkə ərazisində küləkli hava şəraitinin davam edəcəyi, cənub-qərb, qərb küləyi arabir 15-20 m/s, bəzi yerlərdə arabir 23-28 m/s, 28-i gecə və səhər ayrı-ayrı yerlərdə arabir 30-33 m/s-dək güclənəcəyi gözlənilir.
TurpKimi.com