Böyük pedaqoq VASİLİ SUXOMLİNSKİDƏN gözəl fikirlər...
Bu ilk növbədə uşaqları sevən, onlarla təmasda olmaqdan həzz alan, hər bir uşağın yaxşı insan olacağına inanan, uşaqlarla dost olmağı bacaran, uşaq sevincini və kədərini ürəyinə yaxın qəbul edən, uşaq ruhunu bilən və heç bir zaman haçansa uşaq olduğunu unutmayan insandır.
Yaxşı müəllim - elmi və onun üzərində qurulmuş tədris etdiyi dərsi yaxşı bilməlidir, ona vurğun, onun üfüqlərini - yeni ixtiralar, tədqiqatları, nailiyyətləri biləndir.
Yaxşı müəllim - bu psixologiyanı və pedaqogikanı bilən, tərbiyə haqda elmi bilmədən uşaqlarla işləmənin mümkün olmadığını anlayandır.
Yaxşı müəllim - bu və ya digər əmək fəaliyyətindəki bacarıqları mükəmməl bilən, öz işinin ustası olandır. Yaxşı məktəbdə hər bir müəllimin hər hansısa əmək ehtirası var. Bəs, belə hərtərəfli inkişafa malik olan insanları hardan tapmaq olar? Yaxşı insanlar bizim ətrafımızdadır, onları bacarıb tapmaq lazımdır.
Mən həmişə məktəbə müəllimi müstəqil seçmək hüququna nail olmağa çalışmışam və hesab edirəm ki, bunsuz məktəb düşünülməzdir.
Mən müəllimin missiyasını ilk növbədə onda görürəm ki, mənim hər bir yetişdirməm vətəndaş olsun, Vətənimin sadıq oğlu olsun, öz vətəninin azadlığı, müstəqilliyi, əzəməti uğrunda ölümə hazır olsun.
P.S.: Yaxşı müəllim bu fikirləri öz dəftərinə qeyd edər!
TurpKimi.com / Aynur İsayeva