Yemək yeyib sakitləşənlər də olur...
“Qidalanma yuxu keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir göstərir. Beləliklə, yatmazdan bir-iki saat əvvəl qidadan imtina etmək ən yaxşısıdır, ancaq nə isə yemək istəsəniz, karbohidratsız və kofeinsiz qidalara üstünlük vermək daha yaxşıdır”.
Bunu Psixologiya üzrə Doktor, Dosent, Somnoloq Aleksey Melexin bildirib.
Onun sözlərinə görə, qida qəbul etmək yalnız mədə-bağırsaq traktının deyil, həm də sinir sisteminin işidir. Hələ axşam yemək istəyirsinizsə, bunlar stimullaşdırıcı təsiri olmayan qidalar olmalıdır.
“Yemək bir çox insana sakitləşdirici təsir göstərir. Məsələn, tərkibində triptofan olan qidalar, xüsusilə yuxusuzluqdan əziyyət çəkən insanlar xeyirlidir. Bu cür qidalara qoz-fındıq, banan, pendir, paxlalı bitkilər, həmçinin mal əti, hinduşka, quzu əti daxildir”.
Bəzi somnoloqlar hesab edir ki, yatmazdan əvvəl fiziki işdən, xəbərləri oxumaqdan və gərgin söhbətlərdən uzaq olmaq lazımdır.
Report.az / TurpKimi.com