Yay tətilində evdə gün keçirdən uşaqlar üçün əyləncəli təkliflər


Uşağınızın bütün gün evdə komputer oyunları oynamağından narahatsınızsa, sizə məsləhətimiz var. 

yay-tetilinde-evde-gun-kecirden-usaqlar-ucun-eylenceli-teklifler
14.07.2023 09:31 1 dəq oxuma

Yay tətilini kənddə keçirənlər daha maraqlı işlərlə məşğul olurlar. Onlar üçün təbiətin özü belə maraq doğurur. 

Şəhər yerində, bina evlərində qalanlar isə məşğuliyyət axtarırlar. Uşaqları telefondan ayırmaq üçün valideynlər də qollarını çirmələməlidirlər.  

TurpKimi.com evdə sıxılan uşaqlar üçün 3 maraqlı fikir irəli sürür. 

Çiçək əkməyi öyrədin

Övladlarınızda məsuliyyət, cavabdehlik duyğusunu inkişaf etdirmək üçün bitki yetişdirməyi öyrətmək ən asan və etibarlı üsuldur. Həm öyrənəcək, həm də əylənəcəksiz.  Uşağınız  evdə təbiəti yaxından tanımaqla ətraf mühiti sevən və qoruyan  fərd kimi yetişəcəkdir. 

Birlikdə yemək hazırlayın

Yayda mətbəxdə iş çox olur. Qış üçün hazırlıq zamanı uşaqların da köməyindən yararlanın. Məsələn, albalının saplaqlardan təmizlənməsi, əriyin dənəsinin çıxardılması, pomidorun saplaqlarından ayrılması,  kompot üçün balonlara meyvələrin yığılması  və s. işləri görərkən balacalardan kömək istəməklə həm də onlarda özgüvənin formalaşmasına yardım edəcəksiz. 

Burda əsas məsələ uşağı cinsinə görə ayırmamaqdır. İstər qız, istərsə də oğlan uşaqlarına mətbəxdə vaxt keçirtməklə yeni təcrübələr qazandıracaqsınız,  həm də əylənəcəksiz. 
 
Tək başına yemək hazırlaya  bildiyini görən uşaqda özünə inam anlayışı inkişaf edəcək.

Birlikdə köhnə əşyaları yeni əşyalara çevirin

Köhnə əşyalardan yeni əşyalar hazırlamaq üşaq təxəyyülünü inkişaf etdirən ən təsirli məşğuliyyətdir. Cırılmış corablardan kukla, plastik qabdan qələmlik hazırlamaq, qatıq qabını rəngləmək kimi sadə və əyləncəli işlərlə məşğul ola bilərsiniz. 

Vüsalə Əlövsətqızı, TurpKimi.com