Susuyursunuz, pişməcə olursunuz, ayaqlarınızda pis iy gəlir və sair...
TurpKimi.com həkim-fitoterapevt Fizuli Hüseynovun "facebook"da paylaşdığı faydalı məlumatları təqdim edir:
1. İsti yay günlərində qoltuq altında və ayaqların arasındakı qaşıntını götürmək üçün gündə 1-2 dəfə təbii alma sirkəsi vurun, qaşınmalar keçəcəkdir.
2. İsti yay günlərində ayaq və əl barmaqlarının arasındakı qaşınmalar göbələklərdir, gündə 2 dəfə təbii alma sirkəsini 1 ay vurmaq göbələkləri tamamilə məhv edir.
3. İsti yay günlərində dəridə səpmələr və ləkələr əmələ gəlir, ən yaxşı təsirli vasitələrdən biri təbii alma sirkəsidir, gündə 2 dəfə vura bilərsiniz.
4. Əgər baş qaşınması və kəpəkdən narahatsınızsa, yuyunduqdan sonra başınızı qurulamamış yarım stəkan təbii alma sirkəsini su ilə qarışdırıb saçlarınızı yaxalayın. Həm qaşınma və kəpək olmayacaq, həm də saçlarınız parlaq və yumşaq olacaqdır.
5. Kiçik uşaqlarda əmələ gəlmiş pişməcələrin ən təsirli müalicəsi yarıbayarı su ilə qarışdırılmış təbii alma sirkəsidir. Gündə 1-2 dəfə vura bilərsiniz.
6. İsti yay günlərində tez-tez susuyursunuzsa, içdiyiniz 1 stəkan suya 1 çay qaşığı təbii alma sirkəsi qarışdırıb için, susuzluğunuz keçəcəkdir.
7. Yüksək qan təzyiqini daima normada saxlamaq istəyirsinizsə, gündə 2 dəfə yeməkdən sonra 1 stəkan çiy suya 1 xörək qaşığı alma sirkəsi qarışdırıb için.
8. İsti yay günlərində ayaqdan gələn iylər çoxalır, bunun qarşısını almaq üçün 2 litr təbii alma sirkəsini bir ləyənə töküb ayaqlarınızı 15 dəq sirkədə saxlayıb, qurulayıb pambıq corab geyinin.
9. Əzələ daxilinə iynə vurduqdan sonra abses (dərialtı düyün) əmələ gəlibsə üstünə 1 ədəd zəli qoyun, 3 gündən sonra təkrar edin, düyün tamamilə keçəcəkdir.
10. Ayaq burxulması olubsa bu zaman oynaq ətrafındakı əmələ gəlmiş şişləri aradan qaldırmaq üçün ən təsirli vasitələrdən biri oynaq ətrafından hicama etməkdir, ağrılar və şişkinliklər əhəmiyyətli dərəcədə azalacaqdır.
Firuzə Alimova / TurpKimi.com