Yayda bu meyvə və tərəvəzlərdən bol-bol yeyin - Faydaları


Yayda ən çox istehlak edilməli olan meyvə və tərəvəzlər

yayda-bu-meyve-ve-terevezlerden-bol-bol-yeyin
14.07.2023 23:04 2 dəq oxuma

Yay bolluq fəslidir.  Meyvə və tərəvəzlərin müxtəlif çeşidli olması vitamin dəyərini də artırır. 

İsti havalarda ən çox hansı tərəvəz və meyvələri seçsək yayı sağlam başa vura bilərik? TurpKimi.com həmin qidaların adlarını açıqlayır. 

 Qabaq (kabaçki)

Yay aylarının ləzzətli tərəvəzlərindən biri olan qabaq göz, dəri  və ürək sağlamlığı üçün faydalı olan lütein, zeaksantin və beta-karoten kimi karotenoidlərlə zəngindir. Həll olunmayan lif tərkibi nəcisə həcm qazandıraraq  qidaların bağırsaqlarda daha asan hərəkət etməsinə kömək edir  və  qəbizlik riskini azaldır.

Həll edilən  lif tərkibi isə bağırsaqdakı faydalı bakteriyaları bəsləyir, pis xolesterol səviyyəsini aşağı salır, qan şəkərini nizamlayır. Aşağı kalorili qida olan yüksək lifli  qabaq  sulu olduğuna görə toxluq hissini artıraraq çəkinin nizamlanmasına, arıqlamağa kömək edir. 

Qarpız 

Yayda orqanizmin suya olan ehtiyacı artır.  Qarpız giləmeyvəsinin 92 faizi sudur  və  orqanizmin mayeyə olan ehtiyacını qarşılayır. Bundan əlavə zəngin likopen tərkibi ilə  xərçəngin inkişafının qarşısını alır və  xolesterolu aşağı salır.


Qarpız  həm də bədəndəki  nitrit oksid (azot 2 oksid) səviyyəsini artıran amin turşusu- sitrülinlə zəngindir. Nitrit oksid isə qan damarlarının genişləməsinə kömək edərək qan təzyiqini aşağı salır.

Pomidor 

Yayın bir nömrəli qidası olan  pomidorun 95 faizini su təşkil edir. Orqanizmin maye ehtiyacını qarşılayır, kaliumla zəngin olduğuna görə qan təzyiqini tarazlayır,  qan laxtalanması və sümük sağlamlığı üçün faydalıdır.

Likopenlə zəngin pomidor  toxumaların normal böyüməsini təmin edir  və hüceyrə funksiyası üçün əhəmiyyətlidir. Ürək, dəri sağlamlığı və xərçəng riskinin azaldılmasında müsbət təsirləri olan likopen, beta-karoten kimi antioksidantlarla  da zəngindir.

Çiyələk 

Lif, antioksidantlar, vitamin və minerallar baxımından zəngin olan çiyələyin tərkibinin 91 faizini maye təşkil edir.  Bu da orqanizmin maye ehtiyacını qarşılayır.

Araşdırmalara görə, nizamlı olaraq çiyələk istehlak etmək vücudu  ürək xəstəliyi, diyabet, Alzheimer və müxtəlif xərçəng növlərinə qarşı qoruyur. 

Qaragilə

Qaragilə  sərbəst radikallarla mübarizə aparan antioksidantlarla zəngindir.

Dərini günəşin zərərli təsirlərindən qoruyar. Ona görə də yay aylarında qaragiləni süfrənizdən  əskik etməyin.

Pərpətöyün

Pərpətöyün bitki mənşəli omeqa-3 yağ turşusunun təbii qaynağıdır. Yüksək miqdarda ALA ehtiva edir, eyni zamanda tərkibində az miqdarda bioloji olaraq daha aktiv omeqa-3 forması olan EPA var. 

Alfa-tokoferol və qlutat məzmunuyla hüceyrələri zədələnmədən qoruyar, beta-karoten tərkibi  göz sağlamlığına yaxşı təsir edir, tərkibində olan melatonin isə asan yuxuya getməyə kömək edir və betalain  LDL xolesterolun aşağı  salınmasında rol oynayır. 

Xiyar 

Yay aylarında acdıqca yeyə biləcəyiniz xiyarın 96 faizini su təşkil edir və gündəlik maye ehtiyacınızın qarşılanmasına kömək edir.  Xroniki xəstəlik riskini azalda bilən flavonoidllərlə zəngindir, yüksək lif və su tərkibi isə aşağı kalorili qida kimi çəkinin azalmasında xüsusi rol oynayır. 

Vüsalə Əlövsətqızı, TurpKimi.com