Orqanizmin müqavimətini artırmaq üçün mövsümündə tərəvəz və meyvələrdən bol-bol yemək lazımdır.
Xüsusilə yayda orqanizm çoxlu su itirir. Bəzi tərəvəzlər sayəsində bunun qarşısını ala bilərik. Mütəxəssis Fevzi Özgönül yay aylarında istehlak ediləcək bir-birindən faydalı 5 tərəvəz haqqında maraqlı məlumat verib.
TurpKimi.com yay aylarında süfrənizdən əskik etməyəcəyiniz 5 super tərəvəzin adını açıqlayır.
1. Ənginar
Qaraciyərin dostu kimi tanınan ənginarın tərkibində bol miqdarda vitamin və mineral var. Araşdırmalara görə, ənginar antioksidant xüsusiyyəti ilə bir çox xəstəlikdə müalicəyə dəstəkverici kimi - xüsusilə yarpaqlarından istifadə edilir.
Ənginar eyni zamanda mədə və həzm sistemini dezinfeksiya edir. Ürək xəstəlikləri, revmatizm, qut, öd kisəsi və qaraciyər xəstəliklərində faydalıdır.
Ənginar yeməyi hazırlayarkən yalnız kök hissəsi deyil, yarpaqları da dibindən sıvrılaraq bişirilməlidir.
2. Göy noxud
Zülal, lif və nişasta baxımından zəngin bir tərəvəzdir. A, C və B vitaminləri, dəmir, kalium və fosfor kimi minerallarla zəngin bəsləyici bir tərəvəzdir.
Göy noxud bir çox yeməklərin hazırlanmasında istifadə edilə bilər, ancaq soyuq yeməklərə və şorbalara daha çox yaraşır.
3. Paxla - lobya
Zülal və vitaminlər baxımından zəngin bir tərəvəz olan paxlanın dənələri təzəykən yaşıl, quruyanda açıq qəhvəyi rəngə çalır. Quru paxla təzə paxlaya nisbətən daha bəsləyicidir.
Quru paxlanın 100 qramında təxminən 25 qr. zülal, 60 qr. karbonhidrat var. Bundan əlavə paxla B1, B2, B6 və K vitaminləri, kalium və maqnezium mineralları baxımından da olduqca zəngindir.
4. İspanaq
Dəmir anbarı olan ispanaq A, B, C və E vitaminləri, maqnezium, fosfor və yod mineralları və zülal baxımından da çox zəngin bir tərəvəzdir. Bu səbəblə bədənin müqavimətini artırar, xüsusilə yaz aylarında artan xəstəliklərə qarşı bədəni qoruyar. Sümük və dişləri də gücləndirər.
Diş çürümələrinə qarşı qoruyucudur. İspanağı salatda, qıymalı və ya zeytunyağlı yeməklərdə istifadə edə bilərsiniz.
Diqqət!
İspanaq həm də qut xəstələrinə, oynaq iltihabı, böyrəkdə daşdan şikayəti olanlara tövsiyə edilməz.
5. Kök
Salatlarda, hər cür ət və tərəvəz yeməklərində geniş istifadə edilir. Təzə sıxılmış suyunu da içmək çox faydalıdır. Unutqanlığa qarşı istifadəsi ilə məşhurdur.
Son illərdə erkən yaşlarda yaddaş pozğunluğu, Alzheimer, ürək xəstəlikləri, xroniki baş ağrıları, dəri və ağciyər xərçənginə qarşı istifadə edilir.
Vüsalə Əlövsətqızı, TurpKimi.com