Restoranlarda bir porsiyası 7-10 manata təklif edilən gilənar salatı hazırlayırıq.
Yay aylarında ət və balıq yeməklərinin yanında ləzzətlə yeyilən vişnə, yəni albalı salatının adı son illərdə daha çox çəkilir.
TurpKimi.com bu salatın hazırlanmasından yazacaq.
Lazım olan ərzaqlar:
Vişnə, yəni gilənar
1 ədəd qırmızı soğan
2-3 ədəd pomidor
1-2 diş sarımsaq, zeytun yağı ( digər duru yağlar da ola bilər)
Göyərti ( kişniş, şüyüt, reyhan, nanə )
Ağ küncüt
1 çay qaşığı duz
Palçıq turşusu (evdə hansı varsa)
Zövqdən asılıdır, acı bibər
Tez hazırlanan, sadə, yüngül salatdır. Vişnənin dənələri çıxardılır, digər ərzaqlar da doğranılır və hamısı bir yerdə qarışdırılır. Salata xüsusi dad verən reyhan və qırmızı soğandır. Digər inqrediyentləri zövqə görə dəyişə bilərsiniz. Məsələn, sarımsağı sevməyənlər istifadə etməyə bilər.
Soyuducuda biraz saxladıqdan sonra servis edə bilərsiniz.