Yaz üzünü göstərəcəkmi? - Çərşənbə gününün havası


Azərbaycanda çərşənbə günündə gözlənilən hava şəraiti açıqlanıb.

yaz-uzunu-gosterecekmi
02.04.2019 21:46 1 dəq oxuma

Ekologiya və Təbii Sərvətlər Nzirliyinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə,  Bakıda və Abşeron yarımadasında aprelin 3-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə Abşeron yarımadasında 5-7, gündüz 9-13, Bakıda gecə 5-7, gündüz 11-13 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi 760 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80, gündüz 60-65 faiz olacaq.

Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2-7, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti təşkil edəcək.

Hər hava şəraitində xoş əhval-ruhiyyə arzulayırıq.

TurpKimi.com.