Yemək yedikdən sonra - Qəti bunları etməyin


Yemək yedikdən sonra etdiyimiz hərəkətlər sağlamlığımız üçün böyük əhəmiyyət daşıyır. Mütəxəssislər sağlam həyat üçün bəzi hərəkətlərin  qətiyyən edilməməsini təklif edir.

yemek-yedikden-sonra
19.11.2021 13:28 2 dəq oxuma

TurpKimi.com xəbər verir ki, ekspertlər yeməkdən sonra qətiyyən bu vərdişlərin edilməməsini  tövsiyyə edirlər:

1. Yeməkdən sonra kəməri boşaltmaq

Yemək yedikdən sonra kəməri boşaltmaq bağırsaqlarınızın dolaşmasına səbəb ola bilər.  Bu hərəkəti daim təkrar edib, vərdiş halına gətirsəniz ciddi bağırsaq problemləri yaşaya bilər və hətta bağırsaq xərçənginə tutula bilərsiniz. Yəni yeməkdən sonra qarın şişir,  kəməri boşaltmağınız bağırsaqların rahat olmasına və bir-birinə dolaşmasına səbəb olur.

 2. Yatmaq


Yeməkdən sonra yatdıqda  orqanizmdə həzm prosesi çətinləşir. Bu hal bağırsaq iltihablanmalarına və mədə problemlərinə səbəb olur.

3. Meyvə yemək

Yeməkdən sonra yeyilən meyvə sizə heç bir fayda verməyəcək. Əksinə zərər verəcəkdir. Yemək yedikdən sonra yeyilən meyvə mədənin hava ilə dolmasına səbəb olur. Bu səbəbdən meyvəni yeməkdən 1-2 saat sonra qəbul etməkdə fayda var. 

4. Çay içmək

Çay, yüksək nisbətdə turşu ehtiva etdiyi üçün yeməklərdən əldə edilən proteinlərin həzm edilməsini çətinləşdirir.

5. Duş almaq

Duş almaq qan dövranını sürətləndirir. Bunun nəticəsində qan axını əllərdə və ayaqlarda intensivləşir. Bu vəziyyət mədənin ətrafındakı qanın miqdarını azaldır və həzm sisteminin yavaş işləməsinə səbəb olur.

6. Siqaret çəkmək

Tədqiqatçılar yeməkdən sonra çəkilən bir siqaretin bir Paket siqaretə bərabər olduğunu və xərçəng riskini də daha çox artırdığını bildirirlər. 

7. Yürüşə çıxmaq

Yedikdən sonra idman hərəkətləri etmək, qaçışa çıxmaq həzm sisteminin yediyimiz yeməklərdən alınan faydalı maddələri qəbul etməməsinə səbəb olur. Bu halda yeməklərdən alınan vitamin və mineralların heç bir əhəmiyyəti olmur.

Vüsalə Əlövsətqızı, TurpKimi.com

Yazılıb: 25-03-2019