Yemək yeyərkən xərçəngi müəyyən etməyin yolu açıqlanıb


Disfaqiya...

yemek-yeyerken-xercengi-mueyyen-etmeyin-yolu-aciqlanib
28.05.2021 10:38 1 dəq oxuma

Disfaqiya – udqunmağa nəyinsə mane olduğu hissi qida borusu xərçənginin xəbərçisi ola bilər.

TurpKimi.com “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə rusiyalı tanınmış həkim və aparıcı Aleksandr Myasnikov yemək yeyərkən diqqət olunmalı simptom barədə danışarkən xəbərarlıq edib.

Onun sözlərinə görə, bu vəziyyətdə simptom sürətlə irəliləyir və zaman keçdikcə xəstə mayeni belə  udmaqda çətinlik çəkə bilər.

Myasnikov narahatlıq yaranan kimi həkimə müraciət etməyi tövsiyə edib.

Bununla belə, həkim  bütün disfaqiya hadisəsinin xərçəngə dəlalət etmədiyini, bu narahatlığın psixosomatik  pozğunluğun simtomu da ola biləcəyini deyib.

Oxu.az / TurpKimi.com