Yeməkdən dərhal sonra istifadə etmək olmaz - Amma hamı eyni səhvi edir


Dəmir əskikliyi dünyada ən çox rast gəlinən qidalanma problemlərindən biridir.

yemekden-derhal-sonra-istifade-etmek-olmaz
08.07.2024 20:01 2 dəq oxuma

Südəmər uşaqlar və böyümə çağındakı uşaqlar, hamilələr və vegeterian qidalananlarda  daha çox müşahidə edilir. Hər üç qadından birində  dəmir  əskikliyinə rast gəlinir, çünki onların hüceyrələrində dəmir depoları azdır.  Qadınlarda həddindən artıq adətgörməyə görə dəmir əskikliyi müşahidə edilir. 

Xüsusilə yeməklərdə dəmir azdır, üstəlik dəmirin sorulması bağırsaqlar üçün çətinlik yaradır.  

Qəhvəni yeməkdən dərhal sonra istehlak etməyin 

Qəhvəni yeməkdən dərhal sonra  istehlak etmək dəmir əmiliminə mənfi  təsir edir. Dəmir insan bədənində cəmi 4-5 qr olarsa belə,  bu çox əhəmiyyətli bir elementdir.

Dəmir  immunitet sisteminin güclənməsi, sinirlərarası əlaqə, toxumalara oksigenin daşınması, DNT, RNA və zülal sintezi kimi həyat üçün əhəmiyyətli olan bir çox fermentin istehsal mərhələsində iştirak edir. Bu səbəblə dəmir əskikliyi, xüsusilə böyümə çağındakı uşaqlarda, yetkinlik çağında və qadınlarda hamiləlik dövründə ortaya çıxmır. 

Çay dəmirin orqanizm tərəfindən sorulmasının qarşısını alır.

Çay, qəhvə və kakaonun içərisində olan bəzi maddələr dəmirin sorulmasını yarı-yarıya azaldır.

Ona görə də, yeməklərdən  dərhal sonra  içilən çay və qəhvədən imtina etmək lazımdır. Təbii ki, dəmirin faydaları olduğu kimi çox olmasının da zərərləri vardır.

Orqanizmin çox miqdarda dəmir qəbulu  damar sərtliyinə, hüceyrələrin yağlanmasına və erkən yaşlanmasına  səbəb olar. Dəmirin çoxluğu xərçəng riskini artırdığı kimi serroz, şəkər xəstəliyi, halsızlıq, iştahsızlıq, ürək böyüməsi, ürəkbulanma, qusma, nəfəs darlığı kimi narahatlıqlara da səbəb olur. Həkim mütəxəssislərin hesablamalarına görə, insanların gündəlik qəbul etməli olduğu  dəmir miqdarı 10-15 mq-dır. Körpələrdə 1-2 mq, yetkin kişilərdə 10 mq, qadınlarda 20 mq, hamilələrdə isə 30-35 mq olaraq tövsiyə edilir.

Vüsalə Əlövsətqızı, TurpKimi.com