Yeməyə istiotu çox tökmüsüz? - Mətbəxdə həyat qurtaran 7 üsul


Yemək hazırlayarkən bəzən ədviyyatın miqdarını tənzimləyə bilmirik. Nəticədə yemək ya duzlu, ya da acı alınır.

yemeye-istiotu-cox-tokmusuz
11.11.2024 21:29 3 dəq oxuma

Bir qazan yeməyi israf etməyə də heç kim razı olmaz. Beləliklə, istiotu çox olan yeməyin dadını tənzimləmək üçün çarə axtarmağa başlayırıq. 

TurpKimi.com ədviyyatı çox atarkən yeməyi israf etməmək üçün tətbiq edə biləcəyiniz asan ipucları təqdim edir:

Bu üsullarla yeməyinizin acısını yüngülləşdirə və ləzzətini yenidən qazana bilərsiniz. 

1. Süd məhsulları ilə acı dadı azaldın

Süd və süd məhsulları acı bibərlərdə və ya istiotda olan kapsaisin maddəsini neytrallaşdırmaq xüsusiyyətinə malikdir. Bu səbəblə qatıq, qaymaq, süd və ya pendir əlavə etməklə yeməkdə olan acı dadı azaltmaq mümkündür. 

Qatıq: Şorbalar və qazan yeməklərinə bir neçə qaşıq qatıq əlavə etməklə yeməyin acılığını tarazlamaq olar.  

Qaymaq: Xüsusilə acı sousların və ya souslu ət yeməklərinin içinə bir az qaymaq əlavə etməklə acılığı azalda bilərsiniz.

Süd və ya pendir: Makaron və ya salatlarda süd və ya pendir istifadə edərək daha balanslı bir dad tutdura bilərsiniz.

2. Şəkər tozu və ya bal əlavə edərək acılığı azaldın

Şirin ilə acı bir-birini tarazlayır; şəkər, bal və ya bəkməz kimi dadlandırıcılar yeməyin acı dadını yüngülləşdirmək üçün təsirlidir. Lakin bu ərzaqlardan diqqətlə istifadə etmək əhəmiyyətlidir, həddindən artığa qaçmadan az miqdarda əlavə edin.

Şəkər: Şorba və souslara yarım çay qaşığı şəkər tozu əlavə edərək acılığı yüngülləşdirə bilərsiniz.

Bal və ya bəkməz: Ət yeməklərində və ya souslarda bal və ya bəkməz istifadə etmək ləzzəti artıra bilər.

3. Turşuluğu çox olan ərzaqlar əlavə edin

Limon suyu, sirkə və ya pomidor püresi kimi turşuluğu çox olan qidalar yeməyin acı dadını yumşaldaraq tarazlayır. Acı dad verən kapsaisini yüngülləşdirir. 

Limon Suyu: Tərəvəz yeməklərinə və ya şorbalara bir neçə damla limon suyu əlavə etmək həm acılığı yüngülləşdirər, həm də yeməyə xüsusi dad qatar.

Sirkə: Marinadlaşdırılmış yeməklərdə və souslarda bir neçə damla sirkə istifadə edərək acılığı tarazlaya bilərsiniz.

Pomidor Püresi: Pomidor püresi və ya sous,ət və tərəvəz yeməklərində acılığı yüngülləşdirməyə köməkçi olar.

4. Nişasta əlavə edin

Kartof, düyü və ya un kimi nişastalı ərzaqlar yeməyin acısını çəkərək azaldar. Bu cür vəsaitlər kapsaisin molekullarını möhürləyər və daha balanslı bir ləzzət əldə etmənizə köməkçi olar.

Kartof: Yeməyin içinə bir neçə dilim kartof əlavə etməklə acılığı götürə bilərsiniz. Yemək bişəndən sonra isə kartofları götürün. 

Düyü və ya makaron: Şorba və ya souslu yeməklərə bir az düyü və ya makaron əlavə etməklə həm yeməyin qatılığını artıra,  həm də acı dadı yüngülləşdirə bilərsiniz.

5. Yağ və ya kərə yağı əlavə edin

Yağ acı bibərdə olan kapsaisini həll edən bir komponentdir və yeməyin acılığını yüngülləşdirə bilər. Bir az zeytun yağı, kərə yağı və ya duru yağ əlavə etməklə xüsusilə souslu yeməklərdə acı dadı daha da yumşalda bilərsiniz. 

Kərə yağı: Qazan yeməkləri və ya şorbalara kərə yağı  həm ləzzət qatır, həm də acılığı yüngülləşdirir.

Zeytun yağı və ya kokos yağı: Ət yeməklərinə və ya tərəvəz qızartmalarına zeytun yağı əlavə etməklə acılığı azaltmış olursuz. 

6. Yemək miqdarını artıraraq acılığı azaldın

Yeməyin miqdarını artıraraq acılığı azalda bilərsiniz. Bir az da tərəvəz və ya ət əlavə etməklə kapsaisinin təsirini seyrəldə bilərsiniz.

Tərəvəz əlavə etmək: Şorba və ya qazan yeməklərinə əlavə tərəvəzlər qataraq yeməyin miqdarını artırın.

Məsələn, makaron sousuna əlavə pomidor əlavə etməklə acılıq azaldıla bilər.

7. Əlavə Ədviyyat və ya ot bitkiləri qatın

Yeməyə əlavə ədviyyat əlavə etmək acılıq sıxlığını azaldaraq fərqli ləzzətlərin önə çıxmasını təmin edər. Kəklikotu, reyhan,  sarıkök, şüyüt və ya nanə kimi bitki mənşəli aromalar acılığın təsirini yüngülləşdirə bilər.

Təzə otlar: Reyhan və ya nanə kimi təzə otlar əlavə edərək yeməyin aromatik  dadını artıra bilərsiniz.

Digər ədviyyatlar: Sarıkök  və ya kəklikotu kimi daha yüngül aromalı ədviyyatlar yeməyi daha balanslı edir.

Hər yeməkdə fərqli üsullardan istifadə edə bilərsiniz. Əsas odur ki, uyğun olanını seçə biləsiniz. 

Vüsalə Əlövsətqızı, TurpKimi.com