Yeməyi qaynar yemək qida borusunun büzülməsini pozur...
100 dərəcəyə qədər qızdırılan yemək boğazda yanıqlara və qida borusunun iltihabına səbəb olur ki, bu da sonradan reflüks xəstəliyinə gətirib çıxarır.
TurpKimi.com xəbər verir ki, bunu hepatoloq Sergey Vyalov “LIFE.ru”ya bildirib. Onun sözlərinə görə, isti yemək şiş və kistalar yaratdığı üçün təhlükəlidir.
Mütəxəssis, həddindən artıq qızdırılan qidaya görə qida borusunun iltihabının uzun müddət davam edə biləcəyinə aydınlıq gətirib.
“Bu hal qida borusunun büzülməsini pozur. Bu isə insandan insana dəyişir: bəzilərində daha sürətli hərəkət etməyə və qidanı mədəyə daha sürətli ötürməyə başlayır, digərləri üçün isə əksinə, daha yavaş hərəkət etməyə başlayır”, - Vyalov izah edib.
Qida borusu mədə turşusu ilə zədələndikdə, bütün bunlar reflüks xəstəliyinin inkişafına, həmçinin xərçəngə səbəb olur, - deyə həkim xəbərdarlıq edib.
Firuzə Alimova / TURPKİMİ.COM