Yeməyini duzsuz yeyə bilməyənlərin diqqətinə - 3 təhlükəsi var


"Yeməyini duzsuz ye" demir...

yemeyini-duzsuz-yeye-bilmeyenlerin-diqqetine
03.10.2024 01:09 1 dəq oxuma

Yeməkləri çox duzlamaq vərdişi həm fizioloji, həm də psixoloji olaraq müxtəlif problemlərin yaranmasına səbəb ola bilər.

TurpKimi.com xəbər verir ki, bunu dietoloq Janna Antonyuk “NEWS.ru”ya bildirib. Mütəxəssis bu siyahıya dadbilmənin pozulması, xroniki stress və yuxu çatışmazlığını daxil edib.

“Yeməyə həddindən artıq duz tökmək ciddi sağlamlıq nəticələrinə səbəb ola bilər. Çünki duz məhsulu bədəndə mayeni saxlaması ilə bilinir. Bu da qanın həcmini artırır və nəticədə qan təzyiqi qalxır. Bu hal ürək və qan damarlarında stress yaradır, ürək-damar xəstəlikləri riskini artırır”, - Antonyuk xüsusilə vurğulayıb.

Bundan əlavə, həddindən artıq duz istehlakı böyrəklərin fəaliyyətini pozur. Bu orqan bədəndən artıq məhsulun çıxarılmasında əsas rol oynayır. Mütəxəssis qeyd edib ki, yüksək duz qəbulu böyrək çatışmazlığının inkişafına səbəb ola bilər.

“Duz həmçinin sümüklərdən kalsiumun yuyulmasına kömək edir, bu da onları daha kövrək edir”, - nəşrin həmsöhbəti vurğulayıb.

Firuzə Alimova / TUPRKİMİ.COM