Yeni həftəyə hazırlaşanlar! - Hava isti olacaq


Mayın 13-nə olan hava durumu.

yeni-hefteye-hazirlasanlar
12.05.2019 16:36 1 dəq oxuma

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq.

Səhər bəzi yerlərdə duman olacaq, lakin axşam qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 14-17° isti, gündüz 22-27° isti, Bakıda gecə 15-17° isti, gündüz 23-25° isti təşkil edəcək.

Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə gün ərzində yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz əksər rayonlarda yağışda fasilə olacaq.

Gecə və səhər ayrı-ayrı yerlərdə duman. Şərq küləyi axşam mülayim qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 13-18° isti, gündüz 23-28° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti təşkil edəcək.

Əhvalınızın istənilən havada gözəl olması arzusuyla TurpKimi.com