Yeni ilə az qaldı. Yeni ilin həyəcanını yaşaya-yaşaya gələcək xərcləri fikirləşməkdə böyük fayda var.
Sabahı düşünərək atacağınız hər addım büdcənizə müsbət dəyər kimi əks olunacaq.
TurpKimi.com xarici mediaya istinadla yeni ildə qənaətcil ailə büdcəsini formalaşdırmaqda bəzi qızıl qaydaları təqdim edir:
Qızıl qayda budur!
Yeni ildə büdcənizi düzəltmək və qənaət etmək haqda qərar verərkən israrlı olun. Qənaət etməsən bu günü də, sabahı da israf etmiş olarsan. Kiçik vərdişlərlə büdcənizi qoruyacaq fürsətlər tuta bilərsiniz. İsraf etməyərək həm özünüzə, həm ölkə iqtisadiyyatına, həm də dünyaya böyük qatqınız olar.
1 - KİRAYƏ EV HESABI
Aldığınız maaşla təməl xərclərinizin tarazlığını mütləq qurmalısınız. Evi olmayanların ən böyük gəliri kirayəyə xərclənir. Əgər qaldığınız ev nəqliyyat və digər imkanlar baxımından cazibədar deyilsə, daha aşağı kirayə alternativləri haqda düşünün. Tutacağınız evin yağışa, küləyə dayanıqlı olmasına diqqət yetirin.
2 - İSTİFADƏ ETMƏDİYİNİZİ SATIN
Hər evdə illərlə bir küncdə dayanan əşya vardır. Həqiqətən ona ehtiyacınız yoxsa, boş yerə saxlamayın. Çox kiçik məbləğə də olsa satın. Bu yolla bəlkə bir neçə xərcinizi ödəyəssiz, o əşyanın boş yerə çürüməsinin qarşısını alassız. Yalnız evdəki əşyaları deyil, istifadə etmədiyiniz paltarları da satmaq mümkündür. Pulsuz alqı-satqı saytları köməyinizə gələcək.
3 - Kommunal xərclər
İşıq, qaz, su qəbzlərində artan ödəmələrə diqqət edin. Qənaətcil olsanız məbləğ də azalacaqdır.
✘İşıq pulu çox gəlirsə, işə işıqlandırmalardan başlayın. Klassik lampalardan mütləq xilas olun.
✘LED texnologiyası ilə eyni işığı 8-10 qat daha ucuza əldə edə bilərsiniz.
✘Kombilərin və enerji batareyalarının üstünün və ətrafının açıq olmasına diqqət edin. Pərdə ilə və ya mebellə örtülməməsinə diqqət yetirin.
✘Yataq otağının qızdırıcı batareyasını otağa gedəndə açın. İşlətmədiyiniz otağın kombisini bağlayın.
✘Krantın su sızdırıb sızdırmadığına mütləq nəzarət edin. Sifondan sızan su sizə az gəlməsin.
4 - TOPDAN SATIŞ VƏ ENDİRİMLİ ALVER
Marketdə qiymətlər günü-gündən artır. Vərdişlərinizi dəyişdirib bazar alternativlərinə də baxın. Bu yolla həftəlik mətbəx alış-verişlərində qənaət etmək gündəminizdədir. Bəzi məhsullarda ciddi fərq olduğunu görəssiz. Unutmayın bazarlıq etmək, qiyməti endirmək imkanınız var. Digər tərəfdən marketlərdə yağ, un, paxlalı məhsullar, tualet kağızı, təmizlik vasitələri, şəkər kimi məhsullarda tez-tez endirimlər olur. Endirim broşuralarını izləyərək 2-3 aylıq ehtiyacınızı topdan alaraq böyük qazanc əldə edə bilərsiniz.
5 - UZUNMÜDDƏTLİ ZƏMANƏT
Gündəlik həyatda sıx istifadə etdiyiniz əşyalarınızın zəmanətini uzadın. Lazım olsa, əlavə sığorta etdirin. Cib telefonundan tutmuş qabyuyan maşına qədər bunu mütləq edin. 10 ilə qədər zəmanət uzatmaları əlavə xərc kimi gəlsə də, ən kiçik qəzada xərcin çoxunun cibinizdən çıxmasına önləyər.
6 - GƏRƏKSİZ XƏRCLƏRİ AZALDIN
Çox lazım olmayan bahalı bir paltar, ətir, saat almaq və ya aylıq qazancınızın əhəmiyyətli bir qisimini gəzdiyiniz məkanlara xərcləməzdən əvvəl bir neçə dəfə düşünün.
7 - "A+++" ENERJİ SİNFİ
Hər əşyanın bir ömrü var. Yeni modellər və xüsusiyyətlər də məişət cihazlarını dəyişməyə təşviq edir. Yeni ildə yeniləyəcəyiniz məişət texnikasının xüsusiyyətindən çox enerji sinfinə baxın. A və ya A+ yerinə A+++ xüsusiyyətli olanları qeydə alın. 1 gündə 1.7 kilovat enerji xərcləyən B sinfi bir soyuducu A+++ sinfi bir soyuducuya nisbətən 1 ay ərzində 36 kilovat, 1 il ərzində 438 kilovat daha çox enerji xərcləyir. İşıq qəbzinə əməlli başlı təsir edəcək xırdalıqları unutmayın.
8 - NƏQLİYYAT XƏRCLƏRİ
Ailə büdcəsində nəqliyyat xərcləri də əhəmiyyətli bir yer tutur. Maşınınızı sığortalayın. Bu yolla büdcənizi də zəmanətə almış olarsınız. Avtobusdan istifadə edərkən məsafəni diqqətə alın. Əgər gedəcəyiniz yerə ayaqla getmək az vaxt alacaqsa avtobusdan istifadə etməyin. Yerimək sağlamlıq üçün faydalıdır.
9 - AZ YANACAQ TEXNİKALARI
Maşın sahibləri üçün ən əhəmiyyətli xərclərin önündə gələn yanacaq istehlakını sadə tədbirlərlə azaltmaq mümkündür. Təkərlər boş olmasın. Şinlərdə hava az olarsa, sürtünmə müqaviməti artır, daha çox yanacaq sərf edilir. Maşında gərəksiz ağırlıqlardan xilas olun. Texniki qaydalara əməl edin.
10 - GƏLİR VƏ XƏRCLƏRİNİZİ QEYD EDİN
Gəlir və xərclərinizi nizamlı olaraq qeyd edərək qənaəti asanlıqla hesablaya bilərsiniz. Texnologiyadan faydalanaraq bu işi də asanlıqla həll edə bilərsiniz. Ağıllı telefonunuza endirəcəyiniz bəzi tətbiqlər (Dəftər, Xərcləmə idarəçisi, Sürətli büdcə kimi) gəlir və xərc hesablamalarınızda sizə köməkçi olacaq.
Vüsalə Əlövsətqızı, TurpKimi.com