Yeni ilə sağlam girməyin yolu süfrənizdən keçir - Diqqət!


Yeni ili qarşılamağa az vaxt qaldı. Yeni ilə sağlam girə bilməyin yolu  balanslı yeni il süfrəsindən keçir. 

yeni-ile-saglam-girmeyin-yolu-sufrenizden-kecir
29.12.2022 22:29 2 dəq oxuma

Yeni ilə mədə problemi, baş ağrısı kimi çətinliklər ilə girmək istəmirsinizsə,  bayram süfrələrinizin məzmununa diqqət yetirin.

“Bayramdır” deyib ifrata yol verməyin. Bol çeşidli, rəngbərəng nemətlərlə dolu süfrədə oturarkən nəfsinizə nəzarət etməyi bacarın. Hər şeyi qarışdırassınızsa, əziyyətini  SİZ çəkəcəksiniz. Yeni ildən sonra sağlamlığınızda heç bir problemin yaranmaması üçün bayram süfrəsində nə yeyib- içdiyinizə diqqət edin. 

Ağır bir yeni il yeməyindən sonra meydana gələ biləcək mədə problemləri, baş ağrısı, yüksək təzyiq, hipoqlisemiya (qan şəkərinin aşağı olması) kimi vəziyyətlər ilə qarşılaşmamaq üçün yeni il günü balanslı  bəslənmə proqramı izlənilməlidir. 

TurpKimi.com  mütəxəssislərin bu mövzuda  dedikləri bəzi məqamları diqqətinizə çatdırır:
Yeni il süfrəsinə tox oturun

"Axşam yeməyində bol çeşidddə yemək yeyəcəm" məntiqindən uzaqlaşmaq lazımdır. Bu düşüncə ilə qəti şəkildə gün ərzində ac qalınmamalı, günorta yeməyində tərəvəz-salat-qatıqdan ibarət  bir menyu seçilməlidir. Axşam yemək saatına qədər isə pay sıxlığı azaldılmamalı, əksinə axşamüstü  ara pay axşam yeməyində nə gəldi yemənizə mane olacaq.  Bu vaxt payda bir ovuc çərəz,  tam buğda çörək ilə hazırlanmış  sandviç, 1 stəkan süd, kefir, ayran və meyvə kimi qidalar seçilə bilər.

Qızartmadan uzaq durun

Yeni il gecəsi hazırlanan yeməklərdə yağ miqdarına nəzarət edə bilmək üçün qızartma  yerinə soba, qaynatma tərzində bişirilən yeməkləri seçin. Süfrədə mütləq salat, zeytun yağlı tərəvəz yeməyi, qatıqlı məzə növlərinin olmasına diqqət yetirin, yeməkdən sonra şirni kimi meyvə ya da südlü şirnilər seçməyə diqqət edin. 

Həddindən artıq spirt istehlakından uzaq durun

Hipertaniya, diyabet kimi xroniki xəstəlikləri olan kəslər yeni il axşamında həddindən artıq spirt istehlak etməməlidir.

Qabınıza yeyəcəyiniz qədər çəkin

Yeni il yeməyini evdən kənarda yeyəcəksinizsə, gediləcək yerə qəti ac qarnına getməyin. Menyuda olan yeməklərdən az yağlı və soussuz olanlar seçilməlidir. Yeməyin əvvəlində başlanğıc  olaraq az şorba, az yağlı mövsümi salat, ya da qatıqlı salatlar seçilə bilər. Masada ortaya qoyulan yeməklərdən boşqabınıza yeyə biləcəyiniz qədərini çəkin. 

Şişkinliyə, köpə qarşı cəfəri və yaşıl çay

Yeni il gecəsindən sonrakı ilk səhər həddindən artıq spirtli içki qəbul etdiyinizə görə bədəndə  yaranan şişkinliyi azaltmaq üçün bol su və iki stəkan yaşıl çay için. Yeni ilin ilk səhəri nahara mütləq bol cəfəri, yaşıl tərəvəzlər və meyvələr  əlavə edin. Bu sizi həm tox tutacaq, həm də spirt istehlakına bağlı olan şişkinlikdən xilas olmağa kömək edəcək. 

Vüsalə Əlövsətqızı, TurpKimi.com