Yeni ilin ilk günü üzümüzə Günəş güləcək


Azərbaycanda yeni ilin ilk gününə olan hava proqnozu açıqlanıb

yeni-ilin-ilk-gunu-uzumuze-gunes-gulecek
01.01.2025 10:42 1 dəq oxuma

Azərbaycanda yeni ilin ilk gününə olan hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  bildirilib ki, yanvarın 1-də hava şəraiti əsasən yağmursuz keçəcək.

Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəzlənəcək.

Havanın temperaturu gecə 5-7° isti, gündüz 8-12° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 771 millimetr civə sütunu, nisbi rütubət isə 70-80 faiz olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcəyi, lakin gecə yüksək dağlıq ərazilərdə arabir yağıntılı, bəzi yerlərdə arabir duman olacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1-6° isti, gündüz 9-14° isti, dağlarda gecə 1-6° şaxta, yüksək dağlıq ərazilərdə 10-15° şaxta, gündüz 2-7° isti olacaq.

İlin hər günü həyatınıza işıq saçsın. 

TurpKimi.com