Yeni kəşf olunan lazer səsimizi başqa insanlara çatdıracaq


Alimlər müəyyən edilmiş şəxslərə səsli mesajları havadan çatdıra biləcək lazer ixtira edib

yeni-kesf-olunan-lazer-sesimizi-basqa-insanlara-catdiracaq
06.02.2019 21:29 1 dəq oxuma

İnsanların çox olduğu otaqda biriylə danışaraq münasibət qurmağa çalışmaq həqiqətən olduqca çətindir. Lakin alimlər artıq bunun üçün həll yolu tapıblar. Belə ki, müəyyən edilmiş insanlara səsli mesajları havadan çatdıra biləcək lazer ixtira edən alimlər bunu edərkən əlavə avadanlıqdan istifadə etmirlər.

Səsimiz lazerlə başqa insanların qulağına çatdırılır

Qrupun rəhəbəri Çarlz Vayn (Charles Wynn) bu sistemin bir səsi digərinin qulağında səsləndirmək üçün istifadə ediləcəyini açıqlayıb. Xüsusi qurğunun işığı qəbul etdikdən sonra səs dalğaları meydana gətirməsi nəticəsində ortaya çıxan foto-akustik effektlərdən istifadə edən sistem, işığı qəbul etmək və səs yaratmaq üçün havadakı su buxarından istifadə edir.

Səs-küylü bir yerdə olarkən səsinizi qarşı tərəfdəki bir insanın qulağına çatdırmaq üçün bu sistem laboratoriya şəraitində  8 metr uzaqlığa qədər 60 desibel gücündə səs çatdırıb. Araşdırmaçı alimlər açıq havada bu məsafəni daha da artırmağı planlaşdırır.

Araşdırmaçılar kəşf etdikləri bu lazer sistemini gələcəkdə satıla biləcək texnoloji məhsul halına gətirmək və bu sahəni daha da inkişaf etdirmək istəyirlər.

Firuzə Alimova / TurpKimi.com