Məktəbəqədər, orta məktəb və ali təhsil ocaqlarında nəzərdə tutulan tədris planı...
"Şagirdlərin daha zəruri fənlər üzrə həftədə 2-3 dəfə məktəbə gəlmələri planlaşdırılır".
TurpKimi.com xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu deyib.
Onun sözlərinə görə, daha yuxarı siniflərin məktəbə həftədə 1-2 dəfə gəlməsi planlaşdırılır:
"İşçi qaydada tədris planları hazırlamışıq ki, hansı fənlər virtual və praktiki dərslərə bölüşdürülsün. Bu, hələ müzakirə mərhələsindədir. Bunlar arzu etmədiyimiz, amma hələ ki, mümkün variantlardır”.
V.Yaqublu deyib ki, peşə təhsili və orta ixtisas təhsili müəssisələrində də dərslərin nəzəri hissələrinin virtual formada, praktiki biliklər tələb edənlərin məktəblərdə keçirilməsi planlaşdırılır:
"Ali təhsillə bağlı virtual öyrənmənin ön plana çəkilməsi nəzərdə tutulur".
Trend.az