Yodun orqanizm tərəfindən udulması üçün vacib olan MİNERAL


Tiroid hormonlarını aktivləşdirir...

yodun-orqanizm-terefinden-udulmasi-ucun-vacib-olan-mineral
12.10.2025 15:46 1 dəq oxuma

İnsan orqanizmi yodu ən effektiv şəkildə seleniumla mənimsəyir.

TurpKimi.com xəbər verir ki, bunu endokrinoloq Anna Kuznetsova “NEWS.ru”ya bildirib.

Onun sözlərinə görə, bu mineralın optimal səviyyələri qalxanabənzər vəzin sağlamlığını təmin edir.

“Selenium yodun ən vacib tərəfdaşıdır. Selenium tiroid hormonlarını aktivləşdirən (T4-ü daha aktiv T3-ə çevirən) və tiroid bezini oksidləşdirici stresdən qoruyan fermentlərin tərkib hissəsidir. Selenium çatışmazlığı yod çatışmazlığının təsirlərini artırır. Bundan əlavə, dəmir də yodun udulmasında köməkçi rol oynayır və onun çatışmazlığı tiroid hormonlarının sintezini də pozur”, - Kuznetsova izah edib.

Firuzə Alimova / TURPKİMİ.COM