Yoldaşınız sizi dinləmirsə, tez ölə bilərsiniz - DİQQƏT


Ər-arvad arasında yaşanan mübahisələr ölümə yol açır

yoldasiniz-sizi-dinlemirse-tez-ole-bilersiniz
04.03.2019 12:44 2 dəq oxuma

Evlilik və stress... Bu iki söz artıq daha çox istifadə olunmağa başlanıb. Səbəbi isə stress və onun özüylə gətirdikləridir.

TurpKimi.com bildirir ki, alimlərin dediklərinə görə, bu, ölümlə nəticələnə bilir.

Evlənməzdən əvvəl və sonra yaşananlar cütlüklər başda olmaqla hər kəs üçün problemə yol aça bilir. Belə ki, həmin müddət həm çox sürətli, həm də stresli keçir. Evlilikdən əvvəl necə sakit və şüurlu davranılması lazımdırsa, evlilik müddətində də eyni münasibətin qorunması gözlənilir.

Gözləntilər zədələnir...

Psixoloqlar həmin müddəti çox gözəl təqib etsə də, hadisə bütünlükdə ər və arvadda bitir. Evlilik həyatında problem yaşayan cütlüklərlə söhbət zamanı demək olar ki, hamısı eyni problemlərdən bəhs edir. Bəhs edilən problemlərin başında cütlüklərin bir-birinə olan diqqətsizlik və monotonluqdur. Ortaya qoyulan hərəkətlər tərəflərin bir-birinə olan hörmətlərini və bir-birilərindən gözlədiklərini zədələyir.

Anlaşa bilməmək və dava...

Qısqanclıq, həddən artıq müdaxilə etmək, bir-birilərinin karyerasına mane olmaq, qəzəb, şiddət, cinsi problemlər, iqtisadi sıxıntılar, uşaqlarla bağlı problemlər, uşaq sahibi ola bilməmək, ailələrin təsiri, ailələrlə birlikdə yaşamaq, evdəki işlərin paylaşılması, ünsiyyət qurmamaq kimi bir çox faktor cütlüklər arasında anlaşılmazlığa və davalara yol aça bilir.

Ölüm riski var...

Bu problemlərin təməlində isə cütlüklərin bir-biriləri ilə ünsiyyəti durur. Xüsusilə cütlüklərin bir-birilərini dinləməsinin zehinin və bədənin sağlamlığı baxımından çox əhəmiyyətli olduğu açıqlanıb.

İsveç alimləri tərəfindən aparılan araşdırmaya görə, sözlərini həyat yoldaşlarına eşitdirə bilməyən şəxslər qəzəbə bağlı stress altında yaşayır. Bu da özüylə birlikdə ömrün azalmasına səbəb olur. Hətta 20 il ərzində bu problemi yaşayanlarda erkən ölüm riski daha yüksəkdir.

Xoşbəxt evlilik xəyaldır?

Xoşbəxt bir evlilik kimisi üçün xəyal, kimisi üçün isə realdır. Lakin bütün evliliklərin xoşbəxt olmaq üçün başladığı həqiqətdir. Sevgiylə, eşqlə evlənən qadınlar və kişilər bir müddətdən sonra bədbəxt insan ola bilirlər. Mütəxəssislərin fikrincə, eşqin ömrü 3 ildir, ancaq düzgün insanın seçilməsiylə qurulan evlilik daha uzun ömürlü ola bilir. Evliliyin sağlam bir şəkildə davam edə bilməsinin yolu sevgi, hörmət, anlayış və güvəndən keçir.

Firuzə Alimova / TurpKimi.com