Yolka bəzəmək sağlamlıq üçün faydalıdır


Xüsusən də balacaların əhval-ruhiyyəsinə ciddi şəkildə müsbət təsir göstərir.

yolka-bezemek-saglamliq-ucun-faydalidir
19.12.2019 16:17 1 dəq oxuma

"Yeni ilin gəlişi ilə bağlı yolka bəzəməyi dini səbəblərlə bağlamaq düzgün deyil. Bu, sağlamlıq baxımından çox yaxşı vasitədir". 

TurpKimi.com bildirir ki, bu barədə Özbəkistan Müsəlmanları Ruhani İdarəsi sədrinin müavini İbrahimjon İnomov UzA saytında dərc olunan məqaləsində yazıb.

Onun fikrincə, yolkada olan ladin bir çox faydalı cəhətlərə malikdir. Sözsüz ki, söhbət canlı şam ağacından gedir:

“Məsələn, ladinin tərkibində çox miqdarda efir yağları, şəkər, mum və üzvi turşular var. Yolkanın budaqlarından sidikqovucu, ifrazat və həzm təsiri olan bir şəfalı bulyon edə bilərsiniz. Bu mülahizələrə əsasən, uşaqların yolkaya yaxınlaşması, ətrafında oynamaları sağlamlıqları baxımından çox vacibdir. Yolkada müxtəlif oyuncaqlar və şirniyyatlar asılır ki, bu da balacaların əhval-ruhiyyəsinə ciddi şəkildə müsbət təsir göstərir”.

Rəhim Əliyev