Yoluxucu xəstəlikdən də təhlükəlidir - Oturma xəstəliyi


Koronavirus və digər xəstəliklərlə mübarizə bütün sürəti ilə davam edərkən hərəkətsiz həyat tərzi insan sağlamlığı üçün başqa təhlükələrə yol açır.

yoluxucu-xestelikden-de-tehlukelidir
28.02.2023 22:46 2 dəq oxuma

Yoluxucu xəstəliklərdən daha təhlükəli olan bu vəziyyət "Oturma Xəstəliyi" kimi də xarakterizə edilir.

TurpKimi.com xəbər verir ki, yeni çağın ən böyük problemlərindən biri olan "Hərəkətsiz Həyat Tərzi"  yüksək təzyiq şikayətləri də daxil olmaqla bir çox fiziki və psixoloji problemin təməlində iştirak edir. Epidemiya ilə dəyişən həyat tərzimiz bu vəziyyəti daha da  təhlükəli hala gətirdi. 

Yoluxucu xəstəliklərdən daha təhlükəlidir

 Türkiyəli fizioterapevt Nurten Küçükçakır qeyd edir ki,  tibb dilində "Oturma Xəstəliyi"  anlayışı yoxdur.  Sadəcə olaraq 8 saatdan çox oturan və hərəkətsiz qalanlara təşxis qoymaq üçün istifadə edilir.  Oturma müddətinə əsasən aparılan  araşdırmalara görə,  gün ərzində  yetərli  idmanla məşğul olsaq belə  uzun müddət hərəkətsiz qalmaq xəstəlik riskini artırır.  7-dən 70-ə qədər hər kəsə təsir edən bu vəziyyət pandemiya müddətində daha çox artdı. Yoluxucu xəstəliklərdən daha təhlükəli olan bu həyat tərzi  həyat keyfiyyətinə də əhəmiyyətli dərəcədə təsir edir. Çünki başda yüksək təzyiq olmaqla, ürək, xərçəng, diyabet kimi bir çox problemi özü ilə gətirir. Ona görə mümkün olduqca, evdə olsaq da  hərəkətli olmaq lazımdır.

Qeyri-sağlam  bəslənməyə diqqət

Bu halın obezite kimi bir çox sağlamlıq problemini də tətiklədiyini ifadə edən diyetoloq Gülşah Bozkurt qeyd edib ki,  uzun müddət hərəkətsiz qaldıqda immun sistemi də aşağı düşür. Bu xəstəliklərdən qorunmaq və immunitetimizi qüvvətləndirmək üçün qidalanma vərdişimizi dəyişmək, paketli qidalardan uzaq dayanmaq, tərəvəz-meyvə istehlakını artırmaq, həftədə bir-iki dəfə mütləq balıq yemək, gündə ən azı 2 litr su içməyə  diqqət göstərmək, şəkər və duz istehlakını ən minimuma endirmək lazımdır.

Fiziki və psixoloji  problemlər  bir-biri ilə əlaqəlidir

Hərəkətsiz həyat tərzi yalnız fiziki narahatlıqları deyil, depressiya, stress, yuxusuzluq və başqa  problemləri də özü ilə bərabər gətirir. Psixoloq Merve Güleç qeyd edir ki, fiziki və psixoloji xəstəliklər bir-birilə əlaqəlidir. Depressiya isə ən sıx rast gəlinən  ruhi pozğunluqdur. Kişilərdə  5-12 faiz,  qadınlarda 10-25 faiz müşahidə edilir.  Depressiyanın ən fundamental əlamətlərindən biri isə enerji itkisidir.

Ümumiyyətlə halsızlıq, enerjisizlik və yorğunluq şikayətləri olur.  Əgər bir şəxs uzun müddət bu problemlərdən şikayət edirsə, şübhəsiz bir mütəxəssisdən dəstək almalıdır. Eyni zamanda depressiya müalicəsində psixoterapiyadan əlavə  fiziki fəaliyyət də təsirli alternativdir.

Fiziki fəaliyyət depressiya inkişafını önləmək və depressif əlamətləri azaltmaq üçün seçilir. Fiziki fəaliyyətin stressi azaltma, diqqəti artırma  problemlərində yaxşılaşdırıcı təsiri var.  Unudulmamalıdır ki,  bədənimizi təmziləyərkən zehnimizi də inkişaf etdirərik. Şüurumuzu, duyğularımızı, düşüncələrimizi dəyişdirmək və inkişaf etdirmək; iradəmizi və öz taleyimizi təyin etmək üçün hərəkətə keçməliyik.

Vüsalə Əlövsətqızı, TurpKimi.com