Hər bir insanın yuxuya olan ehtiyacı fərqlidir və müxtəlif səbəblərə görə dəyişir.
Hər kəsin özünəməxsus ehtiyacları və seçimləri vardır. Lakin ehtiyacınız olan yuxu saatı yaşınıza görə müəyyən edilir. Belə ki, edilən tövsiyyələrə əsasən, yuxunun müddəti yaş qruplarına bölünür.
1 – Yaşı 65-dən yuxarı olan insanlar 7-8 saat yatmalı;
2 – Yaşı 18 – 64 arasında olanlar 7-9 saat...
3 – Gənclər, yəni yaşı 14 – 17 arasında olanlar 8 – 10 saat...
4 – Yaşı 6 – 13 arasında olan məktəbli uşaqlar 9 – 11 saat...
5 – Yaşı 3 – 5 arasında olanlar 10 – 13 saat...
6 – Yenicə gəzməyə başlayan uşaq (1 -2 yaş) 11 – 14 saat...
7 – Çağalar (4 – 11 aylıq) 12 – 15 saat...
8 – Yenicə dünyaya göz açmış uşaqlar isə (0 – 3 aylıq) 14 – 17 saat yatmalıdır.
Lakin bununla yanaşı bəzi insanlar tövsiyyə edilənlərdən daha az və ya daha çox yuxuya ehtiyac duyur. Bunun müəyyən səbəbləri ola bilər. Məsələn; yaş, genetika, iş saatları, qidalanma tərzi kimi faktorlar yuxunuza təsir edir. Amma bir çox insan üçün 7 – 9 saatlıq yuxu idealdır.
Daha yaxşı yata bilmək üçün faydalı məsləhətlər
- Hər gecə eyni vaxtda yatmağa çalışın. Nizamlı olmayan yuxu saatları onun keyfiyyətinə mənfi təsir edir.
- Yatmazdan əvvəl özünüzə sakit, qaranlıq və ideal istiliyə məxsus mühit yaradın. Məsələn; sakitləşdirici musiqi dinləmək yuxu keyfiyyətinizi artıracaq.
- Günorta saatlarından sonra kofein qəbul etməməyə çalışın. Spirtli içki, kofein və nikotindən istifadə sizin yuxunuza mənfi təsir göstərəcək.
- Yatmazdan əvvəl mobil telefon və elektron cihazlardan çox istifadə yuxunuzu qaçıra bilər. Hətta otaqda işığın açıq qalması belə yuxunuza təsir göstərir.
- Gün ərzində hərəkətdə olmaq, yorulmaq gecə daha yaxşı yatmanıza kömək edəcək.
QEYD: Yaxşı yatıb-yatmadığınızı bilmək üçün gün ərzində özünüzü necə hiss etdiyinizə fikir verin. Əgər kifayət qədər yaxşı yatırsınızsa, gün boyu ayıq və enerjili olmalısınız. Yox, əgər halsız və tez-tez yorğun olursunuzsa, deməli daha çox yatmalı idiniz. Odur ki, sağlam yatmaq və dincəlmək üçün yaxşı yatmaq lazımdır. Həmçinin kofeini azaltmaq və özünüzü normal saatlarda yatmağa vərdiş etsəniz bu sizin yuxunuza müsbət yöndə təsir edəcək.
Firuzə Alimova / TurpKimi.com
19-03-2019