Yüksək təzyiqi aşağı salan təsiri sübut edilmiş ən sağlam - 16 qida


Yüksək təzyiq, yəni hipertaniya ürək xəstəliklərinə səbəb olan birinci problemdir. 

yuksek-tezyiqi-asagi-salan-tesiri-subut-edilmis-en-saglam
03.03.2023 17:01 4 dəq oxuma

Ancaq yüksək təzyiqi qidalanmaya fikir verməklə tənzimləmək çox asandır.  Bunun üçün yalnız hansı qidanın yüksək təzyiq üzərində təsirli olduğunu bilmək kafidir. 

Təzyiq dərmanı istifadə edənlər də daxil olmaq üzrə bir çox adam "Yüksək təzyiqi aşağı salan qidalar nələrdir" sualının cavabı ilə çox maraqlanır. 

TurpKimi.com yüksək təzyiqi aşağı salan və təsiri sübut edilmiş 16 qida haqda məlumatları oxucularına çatdırır. 

1-Qreyfurt 

Qreyfrut, portağal və limon kimi sitrus bitkilərinin təzyiqi aşağı salan güclü  təsiri var. Eyni zamanda yüksək təzyiqin səbəb olduğu ürək xəstəlikləri ilə əlaqədar risk faktorlarını azaldan, sağlam olmağı təmin edəcək vitaminlər və minerallarla zəngindir.

Sadəcə olaraq diqqətli olmaq lazımdır.  Əgər yüksək təzyiq dərmanı istifadə edirsinizsə,  bu dərmanın təsirini azalda bilər. Ona görə də həkiminizlə mütləq məsləhətləşin.

2-Somon balığı


Yağlı balıqlar ürək sağlamlığı üçün əhəmiyyətli olan mükəmməl omeqa-3 yağ qaynağıdır. Bu yağlar iltihabı azaldaraq və damarları daraldan oksipinlər adı verilən birləşmənin səviyyəsini aşağı salaraq təzyiqə nəzarət etməyə kömək edir.

3-Adi çuğundur yarpağı (pazı)

Pazı kalium, maqnezium və kalsium kimi təzyiqi nizamlayan elementlərlə dolu yaşıl yarpaqlı bir tərəvəzdir. Bir stəkan (145 qram) bişmiş çuğundur yarpağında gündəlik kalium və maqnezium ehtiyacının böyük bir hissəsi var.

4-Boranı tumu

Balqabaq tumu kiçik ola bilər,  ancaq qidalılıq dəyəri çox yüksəkdir.  Qan damarlarının boşalması və qan təzyiqinin aşağı salınması üçün lazım olan nitrik oksid istehsalında iştirak edən maqnezium, kalium və arginin də daxil bir çox elementlə zəngindir. 

5-Lobya və mərci

Paxla və mərci lif, maqnezium və kalium kimi qan təzyiqini tənzimləməyə kömək edən qidalar baxımından zəngindir.


Aparılan araşdırmaların çoxunda  paxla və mərci yeməyin yüksək təzyiqi aşağı salmağa kömək etdiyi sübut edilmişdir. 

6-Meyvələr 

Meyvələr yüksək təzyiqi nizamlayır və  ürək xəstəliyini yaradacaq risk faktorlarını ciddi şəkildə azaldır. Meyvələrə canlı rənglərini verən piqmentler olan antosianinlər qandakı nitrik oksid səviyyəsini artıraraq təzyiqi aşağı salmağa kömək edir. 

Qarağat, qragilə, böyürtkən, moruq, çiyələk təzyiq salıcı təsiri olan giləmeyvələrdən yalnız bir neçəsidir.

7-Antep fıstığı-püstə

Püstə  kaliumla zəngindir. Ürək sağlamlığı və qan təzyiqinin tarazlanması üçün lazım olan vitamin ilə minerallar baxımından zəngindir. Hətta bütün çərəzlər arasında yüksək təzyiq üzərində ən güclü təsirə malikdir.

8-Kök 

Şirin və bəsləyici kök qan damarlarını boşaldan və iltihabı azaltmağa kömək edən xlorogenik, p-kumarik və kafeik turşular kimi fenolik birləşmələrlə zəngindir. 

Bütün bu birləşmələr qan təzyiqini aşağı salır.  Araşdırmalar çiy kökün bişmişə nisbətən yüksək təzyiqi salmaq üçün daha faydalı olduğunu sübut edib. 

9-Kərəviz

Kərəviz təzyiq üzərində müsbət təsirləri olan məşhur bir tərəvəzdir. Qan damarlarını boşaldan və təzyiqi salmağa kömək edən ftalid adlı birləşmələrlə zəngindir. Araşdırmaçılar bişmiş kərəvizin bu mövzuda çox uğurlu  olduğunu göstərir.

10-Pomidor

Pomidor və pomidor məhsulları kalium və karotenoid piqment likopen daxil olmaqla bir çox qida elementi baxımından zəngindir.

Xüsusilə likopenin yüksək təzyiq kimi ürək xəstəliklərinə zəmin hazırlayan risk faktorları üzərində yaxşılaşdırıcı gücü  çoxdur.

11-Brokoli 
Sağlam dövr etmə sisteminə sahib olmaq istəyirsinizsə, mütləq brokoli istehlak edin. Flavonoid antioksidantlar ehtiva edən brokoli  yüksək təzyiqi aşağı salır.  Mütəxəssislər ən az gündə 2 boşqab brokoli yeməyin çox faydalı olduğunu deyirlər. 

12-Qatıq

Qatıq kalium və kalsium kimi qan təzyiqini tənzimləməyə kömək edən minerallarla zəngin, bəsləyici  süd məhsuludur.

Gündə 3 boşqab qatıq istehlak etməyin yüksək təzyiqi aşağı salmaqda 13 faiz  təsirə malik olduğu sübut edilib. 

13-Otlar və ədviyyatlar 

Bəzi şəfalı bitkilər və ədviyyatlar qan damarlarının boşalmasına kömək edərək qan təzyiqini aşağı salır.

Kərəviz toxumu, kişniş, zəfəran, limon otu, çörək otu, ginseng, darçın, hil, reyhan və zəncəfil qan təzyiqini aşağı salma potensialına malik  bitki və ədviyyatlar siyahısında öndə gəlir. 

14-Çia (Chia) və kətan toxumu

Chia və kətan toxumları kalium, maqnezium və liflə zəngin olduğuna görə sağlam qan təzyiqinin formalaşmasında iştirak edir. Aparılan araşdırmalarda 12 həftə ərzində  kətan və chia toxumu istehlak etməyin qan təzyiqini aşağı salmağa kömək etdiyi sübut edilib. 

15-Qırmızı çuğundur 

Dünyada ölüm hallarına əsas səbəb infarkt, ürək çatışmazlığı və iflic, ürək-damar xəstəlikləridir. Çox vaxt da bütün bunların səbəbkarı yüksək təzyiqdir.

Xörək çuğunduru bu mənada möcüzəvi bir qidadır. Bəzi araşdırmalar çuğundurun təzyiqi yalnız bir neçə saat ərzində 4-10 mmHg-ə qədər aşağı sala biləcəyini göstərib.

16-İspanaq

Çuğundur kimi ispanaqda da nitrat nisbəti  yüksəkdir. Eyni zamanda antioksidantlar, kalium, kalsium və maqnezium ilə zəngindir. Buna görə də yüksək təzyiqi olanlar üçün mükəmməl bir qidadır. 

Aparılan araşdırmalara görə,  ispanaq təzyiqi aşağı salan və ürək sağlamlığında faydalı olan  damar sərtliyini də azaldır. 

Vüsalə Əlövsətqızı, TurpKimi.com

Yazılıb: 20.04.2021