Azan sinirin müəyyən hissələrinə elektrod vurmaq hipertoniyanı müalicədə yeni üsul ola bilər.
Bu barədə məlumat “Cell Reports”da dərc olunan tibbi araşdırmada yer alıb. Çox sayda insan yüksək qan təzyiqi sindromundan əziyyət çəkir.
İtaliyanın “IRCCS Neuromed” araşdırma institutunun tədqiqatçıları hipertoniyanın ağırlaşmalarını azaltmaq üçün heyvanlar üzərində təcrübə aparıblar. Tədqiqatda immunitet sisteminin və onun mərkəzi orqanı olan dalağın yüksək qan təzyiqinin başlanğıcında və inkişafında oynadığı rolu nəzərə alınıb.
Dalaqda spesifik immunitet hüceyrələri olan T-lenfositlər aktivləşdirilir, sonra qan dövranında iştirak edərək hipertoniyadan təsirlənmiş orqanlara köçür. Məlum olub ki, T-lenfositlərin aktivasiya prosesi – azan siniri və dalaq siniri səviyyəsindəki parasempatik və simpatik sinir sistemləri arasındakı qarşılıqlı əlaqənin nəticəsidir.
Beləliklə, azan sinirin bioelektronik stimullaşdırılması dalaqdan keçərək qan təzyiqinin qarşısını alan spesifik immun hüceyrələrin fəaliyyətinə təsir edir və dalaqdakı lenfositlərin aktivləşməsini tənzimləyir.
Qeyd edək ki, azan sinir parasimpatik sinir sisteminin ən böyük siniri olub, demək olar ki əksər daxili orqanların innervasiyasında iştirak edir. //Report