Yüksək təzyiqi normada saxlamağın çox SADƏ YOLU


Həm sadə, həm də təsdiqlənməmiş vasitə...

yuksek-tezyiqi-normada-saxlamagin-cox-sade-yolu
28.11.2023 00:28 1 dəq oxuma

“Sedativ – sakitləşdirici tərkibli dərman qəbul etmək hipertonik xəstələr üçün aşağı atmosfer təzyiqi dövrünü yüngülləşdirə bilər”.

TurpKimi.com xəbər verir ki, bunu həkim-terapevt Andrey Zvonkov “NEWS.ru”ya müsahibəsində deyib. O qeyd edib ki, özünü pis hiss etmək insanı narahat edir və bu onun vəziyyətini ağırlaşdıra bilər.

“Əhvalı pisləşdirməməyin ən gözəl yolu, hər hansı sakitləşdirici qəbul etməkdir. Məsələn, valerian, damotu - narahatlığı aradan qaldıracaq bitki əsaslı hər hansı içki və ya vasitə qəbu etməkdir”, - həkim deyib.

“İş orasındadır ki, "məndə nəsə problem var" düşüncəsi qan təzyiqini daha da artıran adrenalinin sərbəst buraxılmasına səbəb olur. Qan dövranı sistemində çox yüksək təzyiq isə qan damarlarının zədələnməsi və ya hətta yırtılması ilə nəticələnir”, - Zvonkov vurğulayıb.

Firuzə Alimova / TURPKİMİ.COM