Yuxuda olarkən yağları əridən ÇAY - Bütün gecə boyu təsirlidir


Səhər tərəzidə çəkilərkən arıqladığınızın fərqinə varacaqsınız...

yuxuda-olarken-yaglari-eriden-cay
19.05.2022 00:49 1 dəq oxuma

Soyuq qış aylarında qidalanmaya fikir verməyib artıq kilo almısınızsa, heç nəyi dərd etməyin. Artıq çəkilərdən tez bir zamanda qurtulmaq istəyirsinizsə, yağları sürətlə əridən bitki çaylarından istifadə mümkündür.

TurpKimi.com Türkiyə mediasına istinadla xəbər verir ki, metabolizmanı sürətləndirən və yağları yandırma xüsusiyyəti ilə istifadə edilən şüyüd çayı yatarkən belə kalori yandırma xüsusiyyəti ilə kifayət qədər məşhurdur.

Eyni zamanda əzələləri rahatladan və sakitlik verən  bu çay qısa müddət ərzində arıqlamanıza kömək edəcək.

YATMAZDAN ƏVVƏL ŞÜYÜD ÇAYI İÇMƏYİN FAYDASI

Çay metabolizmanı sürətləndirdiyi üçün kilo verməyə də kömək edir.

Bağırsaqları işlədən və həzm sistemini tənzimləyən şüyüd çayı sidikqovucudur. Qəbizlik probleminə gözəl təsir edən çay yağların yandırılmasını asanlaşdırır.

Gecə boyu orqanizmdə yığılıb qalan şişkinliyi və toksinləri bədəndən xaric edir. Yatmazdan 30 dəqiqə əvvəl içdikdə yuxuda olarkən metabolizmanızı sürətləndirəcək. Beləcə sürətlə arıqlayacaqsınız.

Firuzə Alimova / TurpKimi.com