Yuxudan erkən dura bilməyənlər üçün - Sadə məsləhətlər


Erkən qalxıb buna baxmayaraq gün boyu özünüzü dinc və enerjili hiss etmək istərsinizmi? 

yuxudan-erken-dura-bilmeyenler-ucun
03.03.2023 10:40 2 dəq oxuma

Yorucu  iş günündən sonra evə gəlib, yemək yeyib erkən yatmaq istəyərsiz. Ancaq çoxları gecə yarısına qədər  televizor və ya kompüter arxasından dura bilmədiyinə görə səhərlər yuxusunu almadan oyanmaq məcburiyyətində qalır. Belə vəziyyətdə nə etməlisiniz?

Turpkimi.com bəzi sadə məsləhətləri təqdim edir:

Erkən yatın: Səhərlər erkən qalxa bilməyənlər  kifayət qədər yuxularını ala bilmirlər.  Gecələri erkən yatsanız, yuxunuzu alsanız, səhər də rahatca oyanarsınız. Lazımsız televiziya şouları, ya da ictimai media olmasa da olar, zamanınızı boşa xərcləməyin. Heç nə yuxunuzdan faydalı ola bilməz. 

Yuxu saatlarınız nizamlı olsun: Həftə sonları da daxil olmaq üzrə hər gün eyni saatlarda yatıb, eyni saatda qalxsanız bədəniniz nizamlı yuxu proqramına alışar. Buna vərdiş etsəniz səhərlər erkən qalxmaqda çətinlik çəkməyəcəksiz. 

Yatmazdan əvvəl əsla yemək yeməyin: Gecənin bir yarısında ürəyiniz nəsə istəyə bilər, əsla yeməyin. Bu sizin gec oyanmanıza səbəb ola bilər. Yuxu bədənin dincəlməsi və yenilənməsi, enerji yığması üçün vacibdir.Yediyiniz atışdırmalıq yuxuya getməyinizi çətinləşdirər. Gecə mədəniz dolu olarkən narahatlıq hiss edərsiniz. 8 saat yatsanız belə səhər oyanınca özünüzü yorğun və tükənmiş hiss edərsiniz.

Kafein istehlakını azaldın: Günortadan sonra kafeinsiz içkilər için. Bu ilk vaxtlar sizə çətin gələ bilər, lakin siz kafein istəyinə qarşı çıxmalısınız. 

Erkən qalxmaq üçün yaxşı bir səbəbiniz olsun: Səhərlər erkən qalxmaq ilk vaxtlarda sizin üçün çətin ola bilər. Bunun üçün özünüzə yaxşı bir səbəb taparaq motivasiya olun.   

Erkən qalxdığınızda gözəl bir səhər yürüşü kimi şeylərlə özünüzü mükafatlandıra bilərsiniz.

Erkən qalxmağı mübarizəyə çevirin: Səhər namazına qalxın və təkrar yatmayın, kitab oxuyun, yürüş edin. Bu vərdişinizdən əsla imtina etməyin.

İdmanla məşğul olun: Erkən qalxmaq üçün məşq əyləncəli bir vasitədir. Çünki günortadan sonra ya da axşam saatlarında edilən məşq erkən yatıb bədəninizin yaxşıca istirahət etməsini təmin edər. Səhərlər idman etməklə  özünüzü enerjili hiss edəcəksiniz. 

Zəngli saatı uzaq bir yerə qoyun: Olduqca köhnə bir üsul olsa da erkən qalxmaq üçün ən təsirlidir. Saatınızı axşamdan qurun və otağın digər tərəfinə yerləşdirin. Beləcə səhər zəngli saat çalanda  yataqdan qalxıb həyəcanlanassız  və yuxunuz da qaçacaq. 

Yatağa sakit halda, əsəbi olmadan girin: Gecə yatmazdan əvvəl əsəbiləşsəniz yuxuya getməkdə çətinlik çəkəcəksiniz. Yatmazdan əvvəl gərginsinizsə isti bir çobanyastığı çayı içib sakitləşdikdən sonra yatmağa gedin.

Həyəcanlı bir nahar planlayın: Səhər möhtəşəm, ləzzətli bir nahar etməyi planlayıb  yatsanız yorğunluğunuz azalar və daha tez yuxuya gedərsiniz. Nahar təzə meyvədən hazırlanan meyvə şirəsi ilə olsa daha faydalı ola  bilər.

Vüsalə Əlövsətqızı, TurpKimi.com