Zanbağı torpaqsız necə yetişdirmək olar? - Həm də şüşə güldanda


Saxsıyla və torpaqla məşğul olmaq istəmirsinizsə,  soğanlı bitkiləri suda yetişdirmək mümkündür. 

zanbagi-torpaqsiz-nece-yetisdirmek-olar
21.02.2022 16:22 1 dəq oxuma

Turpkimi.com bir ovuc torpaq belə istifadə etmədən güldanda zanbaq yetişdirməyin incəliklərindən yazacaq. 

Bununla da şüşə güldanlarınız dekorativ bir görünüş qazanacaq və evinizi rəngbərəng güllər bəzəyəcək. 

1-ci mərhələ

Çiçəkçilərdə hazır satılan çiçək soğanlarından ala bilərsiniz, ya da daha əvvəl əkdiyiniz çiçəklərin soğanlarını torpaqdan çıxara bilərsiz. Daha yaxşı nəticə almaq üçün soğanlı kökləri soyuqda  saxlayın. Bunun üçün ən yaxşı üsul soğanları soyuducuda 9-10 həftəyə qədər saxlamaqdır.  Sizin o qədər vaxtınız yoxsa, bir iki həftə soyuducuda saxladığınız soğanları da sınaqdan keçirə bilərsiniz. 

2-ci mərhələ

Əgər bir zanbaq əkəcəksinizsə  incə uzun bir vazda qəşəng görünəcək. Daha geniş bir vazda birdən çox soğanı da böyüdə bilərsiniz. Dekorativ məqsədli istifadə edilən rəngli daşlar və muncuqlardan güldanın dibinə tökün və soğanınızı bunun içinə yerləşdirin. Köklər xeyli uzandıqdan sonra daşsız bir vaza da qoya bilərsiniz. Bu sizin seçiminizdən asılıdır.

  

3-cü mərhələ

Daşların səviyyəsində soğanın kök qisminə dəyəcək qədər su doldurun. Zamanla su azalsa, mütləq tökün. Yalnız soğanı suyla boğmadığınızdan əmin olun.

Bir neçə həftə gözləyin

Birbaşa günəş işığıdüşməyən bir  yerdə saxlayın. Zamanla soğanların dibindən köklərin uzandığını görəcəksiniz. Yaşıl saplarla birlikdə çiçəyiniz də böyüyəcək və bir neçə həftə sonra rəngarəng çiçəkləriniz olacaq...

Vüsalə Əlövsətqızı, TurpKimi.com

12-02-2021