“Zaqar” effektli ən gözəl təbii və zərərsiz YAĞ


Diqqətinizi çəkəcək sağlam vasitə...

zaqar-effektli-en-gozel-tebii-ve-zerersiz-yag
18.07.2022 23:34 1 dəq oxuma

Yayda qaralmaq, həm də günəşdən qorunmaq üçün bahalı kremlərə üstünlük veririk. Çünki “zaqar” effekti əldə etmək üçün həm də günəşdən qorunmalıyıq. Ucuz vasitələr isə çox vaxt müxtəlif dəri problemlərinə yol aça bilir. Ona görə də qaş düzəldərkən göz çıxartmamaq üçün təbii vasitələrdən faydalanmaq mütləqdir.

TurpKimi.com bildirir ki, qalıcı və orijinal “zaqar” effektinə nail olmaq üçün ən çox istifadə edilən yağlardan biri kakao yağıdır.

Xüsusilə də açıq dəri rənginə sahibsinizsə, kakao yağı sizə sağlam və sürətli şəkildə qaralmağa kömək edəcək.

Belə ki, qaralmazdan əvvəl dərinizə mütləq günəş əleyhinə qoruyucu krem sürtün. Daha sonra kakao yağını sürtərək günəşlənə bilərsiniz.

Firuzə Alimova / TurpKimi.com