Zehniniz açılmır? - Beyni, zehni dincəldən qidalar


Səs-küylü şəhər həyatı, iş, stres hamısı beynin tez yorulmasına səbəb olur. 

zehniniz-acilmir
31.05.2021 19:36 3 dəq oxuma

Beynimiz qəbul etdiyimiz qidalardan bəslənir. Elə qidalar var ki, beyin yorğunluğu yaşayanların gündəlik menyusunda mütləq olmalıdır. 

TurpKimi.com beyin yorğunluğundan əziyyət çəkənlər üçün beyin dincəldən qidaların siyahısını təqdim edir:

Kişmişi mütləq çəyirdəyi ilə birlikdə  yeyin

Çəkirdəkli kişmiş əsl beyin qidasıdır. Kişmişin faydalarını görmək üçün gündə 1 ovuc yemək lazımdır. Dənəli kişmiş beyin sağlamlığını qoruyur, yorğunluğu önləyir. Beyin funksiyalarının inkişafını artırır və yaddaş zəifliyini aradan qaldırır. Beyin üçün ən faydalı qida olan  qoz qədər təsirli, faydalıdır. Tərkibində olan maqnezium ilə enerjini də artırır. Kişmişin faydasından yararlanmaq üçün dənəli yemək vacibdir.  

Həftədə 3 dəfə balıq yemək beynin 3 dəfə daha yaxşı işləməyinə kömək edir 

İş qrafikinin mürəkkəb olması,  cib telefonları, e-poçt, saysız ictimai media resurslardan istifadə, nəqliyyatda keçirilən  stress, izdiham,  şəhər həyatı bir çox insana təsir edərək beynini yorur. Beyin yorğunluğunu aradan qaldırmaq, hətta heç yaşamamaq üçün nizamlı bəslənmək və payları atlamamaq lazımdır. Beyin yorğunluğunu aradan qaldırmaq üçün balıq bəslənmə planında çox  iştirak etməlidir. Xüsusilə somon balığı  ehtiva etdiyi omeqa 3 ilə  beynin inkişafı və qidalanmasında böyük rola malikdir. Həftədə ən az 3 dəfə balıq istehlak etmək beynin 3 dəfə daha yaxşı işləməsinə səbəb olur və yorğunluğu önləməyə kömək edir.

Gündə 10 dənə badam yeyin

Beyin yorğunluğu ilə üzləşən insanlarda ən çox unutqanlıq problemi olur. Unutqanlığa qalib gəlmək üçün qoz, fındıq, badam kimi sağlam  yağlar və antioksidan təsiri göstərən çərəzlərdən  faydalanmaq lazımdır. Gündə 10 dənə badam beyin yorğunluğunun qarşısını alır. Badam insan beyninin inkişafı və sağlamlığı üçün lazımlı bir çox elementi və komponenti ehtiva edər. Badam uşaqların beyin inkişafı üçün də olduqca faydalı qidadır.

1 mixək çeynəməklə zehninizi açın

Beyin yorğunluğu xüsusilə sıx iş həyatı olan qadın, kişi-hər kəsin qarşılaşa biləcəyi bir vəziyyətdir. Xüsusilə gün ərzində, beyninizi ən yorğun hiss etdiyiniz zamanlarda 1 ədəd mixək çeynəmək həm iştaha nəzarət edər,   həm də beyin yorğunluğunun aradan qaldırılması üçün təsirli olar. Çayını da dəmləyərək içmək zehin açıqlığı üçün faydalıdır.

Alma beyni dincəldir

Beyin yorğunluğunun önlənməsi üçün C vitamininə ehtiyac var.  Son dövrlərdə aparılan araşdırmalarda C vitamininin beynə təsiri öyrənilib. Məsələn, İngiltərədə aparılan  araşdırmada C vitamini səviyyəsi ən yüksək olan şəxslərdə IQ -intellekt səviyyəsi və yaddaş test nəticələri də diqqətə çarpacaq dərəcədə daha yüksək çıxıb. C vitamini baxımından ən qiymətli deyə biləcəyimiz qidalardan biri ananasdır. Bol antioksidant mənbəyi olan ananas meyvəsi beynin daha gümrah olması üçün ən əhəmiyyətli C vitamini qaynağıdır. Hər gün yeyiləcək bir  alma beyin yorğunluğuna kömək edir. Beynin daha rahat işləməyi və gümrah olmağı üçün mütləq gündəlik qida zəncirində olmalıdır. Yatmazdan əvvəl yediyiniz bir alma yuxu əsnasında beynin daha sağlam dincəlməyinə kömək edir.

Vüsalə Əlövsətqızı, TurpKimi.com

Yazılıb: 21.01.2020