Zəncəfillə damarları necə təmizləmək olar? - Möcüzəvi qarışıq


Zəncəfil boğaz ağrısı və digər iltihablı xəstəlikləri azaltmağa kömək edir.

zencefille-damarlari-nece-temizlemek-olar
05.02.2024 10:26 1 dəq oxuma

Ürək bulanması və xroniki ağrının azaldılmasına,  xolesterolun aşağı düşməsinə və virusların öldürülməsinə kömək edir. Zəncəfilli çay soyuqdəymə və infeksiya ilə mübarizədə də effektlidir. 

Həmçinin zəncəfil ürək-damar sistemi üçün də çox faydalıdır.

TurpKimi.com damar sağlamlığını qoruyan resepti təqdim edir.

Bu qarışıq damarları təmizləyir, damarlarda iltihabları azaldır.

Tərkibi:

- 200 qr zəncəfil

- 2 iri limon

- 100 qr təbii bal

Hazırlanması:

Zəncəfili təmizləyin, limonu yaxşıca yuyun. Zəncəfili və limonu (qabıqlı) blenderdən keçirin, bal əlavə edin, yaxşıca qarışdırın. 1 həftə soyuducuda saxlayın. 1 həftədən sonra qarışığı qəbul etmək olar. 1 x.q. qarışığı 1 stəkan suda həll edin və səhər yeməkdən əvvəl için.

Bu qarışıq həmçinin mübadilə proseslərini yaxşılaşdırır, arıqlamağa yardım edir. 

Bunu da oxu:

İnfeksiya, soyuqdəmə ilə güclü mübarizə edən - Zəncəfili bir də belə dəmləyin-Təsirli vasitə

Vüsalə Əlövsətqızı, TurpKimi.com

Dərc edilib: 13-01-2021