Zeytun yağı seçərkən nələrə diqqət etməli?


Sağlam və ləzzətli zeytunyağını almaq üçün ilk növbədə  istehsal texnikası, qoxusu, dadı, rəngi, markası və qabına diqqət edilməlidir. 

zeytun-yagi-secerken-nelere-diqqet-etmeli
14.11.2020 21:58 2 dəq oxuma

Payızın gəlişi ilə  birlikdə bərəkətin, sağlamlığın ünvanı zeytun bağçalarında hərəkətlilik başlayır.  Sağlam həyatın ilk açarlarından biri də təmiz  zeytun yağıdır.  İşbazlar insanların bu yağa olan maraqlarından məharətlə istifadə edirlər. 

Turpkimi.com sağlam və qatqısız zeytun yağını seçmək üçün sizə bəzi ipuclarını təqdim edir:


İstehsal texnikası

Alacağınız zeytunyağının istehsal texnikasını araşdırın. Soyuq press, yoxsa qaynadılaraq əldə edilib.

Zeytunyağını möcüzəvi qida edən, onun sağlamlığa faydalı komponentləri yəni “polifenol” tərkibidir. Polifenoller erkən istehsal prosesində  ən yüksək səviyyədədir, ağacdakı zeytun yetişdikcə polifenolu azalar, içindəki yağ miqdarı artar. Zeytundan yağın soyuq press üsulu ilə alınması zamanı mümkün olduğunca az su istifadə edilməlidir. Çünki polifenoller uçucu və suda həll ediləndir. İstinin və suyun təsiri ilə tez bir zamanda yox olur. 

Qoxu

Zeytunyağını satın almazdan əvvəl iyləyin. Zeytunun qoxusu çox tünddür və xoşagələn deyildir. Tünd qoxu  onu bildirir  ki, zeytun çox saxlanılaraq sıxılıb.  İylədiyinizdə mütləq daha yumşaq bir qoxu hiss etməlisiz. Təzə meyvə, təzə çəmən qoxularını xatırladan məhsulları seçin. Pastel boya və ya yağlı boyanı xatırladan qoxular var isə bu yağın çox saxlanıldığını bildirir.

Dadı

Zeytunyağını dilinizin üzərində yüngülcə gəzdirin. Yaxşı  zeytunyağı dilinizin yanlarında acılıq və boğazınızda yandırıcılıq hissi yaratmalıdır.  Bu yandırıcılığın turşuluqla hər hansı bir əlaqəsi yoxdur, içində yüksək miqdarda antioksidant olduğunu göstərər. Zeytunyağının sağlamlığa faydası, bərpaedici və cavanlaşdırıcı təsiri buradan gəlir.

Rəngi

Zeytunyağını satın alarkən məhsulun rənginə baxaraq qərar verməyin. Yağın rəngi məhsulun keyfiyyətini göstərməz. Bazarda içərisinə müəyyən maddələr əlavə olunaraq rəngi dəyişdirilən şübhəli məhsullar var. Rəng meyarı seçkidə yanıldıcı ola bilər.


Marka və qabı

Markası və etiketi olan məhsulları seçin.  Zeytunyağının istehsal və son istifadə tarixi, coğrafi işarəsi, əldə edildiyi zeytun növü və bölgəni etiket üzərində axtarın. Satın alacağınız zeytunyağının sintetik plastik qab  yerinə mütləq tünd rəngl şüşə qabda olmasına diqqət yetirin. Unutmayın, zeytunyağı şüşəsindən keçən işıq məhsulun içindəki maddələrin çox qısa müddətdə pozulmasına səbəb olar. Zeytunyağındakı turşu dəyərinin azlığı zeytunyağının nə qədər yaxşı istehsal edildiyinin  göstəricidir. 0,3 faizdən aşağı turşuluğu olan  zeytun yağları ümumiyyətlə yaxşı keyfiyyətdədir. Ən əhəmiyyətlisi zeytunyağının qaldıqca keyfiyyətini itirən məhsul olduğunu unutmayın. Aldığınız məhsulu bir iki ay ərzində  istehlak edin.

Vüsalə Əlövsətqızı, TurpKimi.com