Zibilə atılırdı, şəfa oldu: - Badımcan sapı


İllərlə zibilə atılan badımcan sapları, əslində təbiətin təqdim etdiyi ən təsirli sağlamlıq dəstəklərindən biri ola bilər!

zibile-atilirdi-sefa-oldu
16.05.2025 14:59 2 dəq oxuma

Faydalı  tərəvəzlərindən biri olan badımcan yeməklərdə tez-tez istifadə olunur. Çox vaxt yalnız ətli hissəsi istifadə olunur, sap hissəsi isə zibilə atılır. Halbuki bu kiçik parça,orqanizmimiz üçün böyük bir sağlamlıq xəzinəsidir.

TurpKimi.com “Badımcan sapı suyu” adlanan  təbii içkinin faydalarını araşdırıb.

Flavonoid və polifenollar baxımından zəngin olan badımcan sapı, immun sistemini gücləndirərək xəstəliklərə qarşı müqaviməti artıra bilər. Xüsusilə fəsil dəyişəndə rast gəlinən qrip və soyuqdəymə kimi narahatlıqların qarşısını almaqda təsirlidir.

Badımcan sapı suyu antioksidant tərkibi sayəsində dəridəki iltihabları azaltmağa kömək edir. Sızanaq, qara nöqtələr və qızartı kimi dəri problemlərinin azalmasına səbəb olur. Təbii yollarla dəriyə qulluq etmək istəyənlər üçün ideal seçimdir.

Yüksək lif tərkibi sayəsində bağırsaq hərəkətliyini tənzimləyərək qəbizlik kimi geniş yayılmış həzm problemlərini yüngülləşdirir. Eyni zamanda bağırsaq florasını qoruyur, zərərli bakteriyaların çoxalmasının qarşısını alır.

Tərkibindəki kalium, ürək ritmini tənzimləyir və yüksək təzyiqi balanslaşdırmağa kömək edir. Xolesterin səviyyəsini nəzarətdə saxlayaraq infarkt və damar tıxanıqlığı riskini azalda bilər.

İçərisində olan maddələr sayəsində qan şəkəri səviyyəsinin balanslaşdırılmasına dəstək olur. Xüsusilə 2-ci tip şəkərli diabet xəstələri üçün təbii dəstək üsuludur. Lakin müntəzəm istifadə etməzdən əvvəl mütləq həkimə müraciət edilməlidir.

Badımcan sapı suyu, təbii sidikqovucu kimi böyrəkləri təmizləyir. Bədəndən artıq su və duzun atılmasına kömək edərək ödəm yaranmasının qarşısını alır. Həmçinin böyrək daşlarının əmələ gəlməsinin qarşısını alır. Tibbi cəhətdən də bu məsələ araşdırılmaqdadır.

Metabolizmanı sürətləndirdiyinə  görə, arıqlamaq istəyənlər üçün dəstəkçi rol oynayır. Yağları yandıraraq bədəni toksinlərdən təmizləyir. Bu da həm daxili, həm də xarici sağlamlıq üçün faydalıdır.

Vüsalə Əlövsətqızı, TurpKimi.com