Tiroid və ya qalxanabənzər vəzinin yaxşı fəaliyyət göstərməməsi, funksiyasını yerinə yetirə bilməməsi qidalanma və yuxuya da mənfi təsir edir.
El arasında zob adlanan bu xəstəliklə mübarizə aparanlar qidalarına ciddi fikir verdikdə tiroid hormonları da azalır.
TurpKimi.com tiroid hormonlarının fəaliyyətindən əziyyət çəkənlər üçün zərəli olan qidalar haqda məlumatı oxucularla bölüşür.
Brokoli
Quatrogen adlı bir maddə ehtiva edən kələm yodun sorulmasında çətinliyə səbəb olur. Quatrogenlər tərəvəz bişdikdə xüsusiyyətlərini itirir. Bu səbəblə də tərəvəzlərləri buxarda bişirərək istehlak etmək lazımdır.
Şəkər
Qlükoza ilə problemi olanlar şəkərdən uzaq durmalıdırlar. İnsulin problemi olanların da qida rasionundan şəkər mütləq çıxarılmalıdır. Mütəxəssislər, şəkər yerinə istifadə edilən orqanik dadlandırıcılardan istifadənin də tərəfində deyillər.
Təkrar emal edilən ətlər
Konservləşdirilmiş qidalar tiroid sağlamlığının düşmənlərindən biridir. Bu ətlər hipotiroidizmə səbəb ola bilər.
Turp
Turpdan yerində istifadə problem yaratmır. Mütəxəssislər turpda olan yodun tiroid vəzi tərəfindən tez tutulduğunu bildirir.
Şəkərli meyvələr
Az miqdarda istehlakı yüksək risk meydana gətirməsə də, tez-tez şəkərli meyvələri yeməkdən qaçınmaq ən doğru yoldur. Mütəxəssislər zob xəstəliyi olanların bu şəkərli meyvələrdən uzaq durmalı olduğunu qeyd edir: Şaftalı, ananas, manqo, çiyələk, alma, banan.
Bundan əlavə zob xəstələri qida qəbulunda mütləq həkimlə məsləhətləşməlidirlər.
Vüsalə Əlövsətqızı, TurpKimi.com