Bu xəstələr diqqətli olsun - Zolaqlı ornamentlərin sağlamlığa zərəri


Tədqiqatçılar qara və ağ zolaqlı obyektlərin şəkillərinə baxmağın miqren ağrılarına təkan verdiyini üzə çıxardıb. 

zolaqli-ornamentlerin-saglamliga-zereri
24.12.2021 20:43 1 dəq oxuma

TurpKimi.com xəbər verir ki, miqreni olan şəxslər bəzi səs, görüntü və qoxulara həssasdırlar. Miqrendən əziyyət çəkənlər parlaq işığa baxmaqda çətinlik çəkir, kəskin yemək ətirlərinə qarşı həssas olurlar.  Miqrenə təsir göstərən faktorlara biri də əlavə olunub. Aparılan araşdırmalar qara və  ağ zolaqlı obyektlərin miqreni tətiklədiyini üzə çıxardıb. 

Zebra naxışından uzaq durun

Hollandiyadakı "Utrecht" Universitetinin Tibb Mərkəzindəki tədqiqatçıların apardığı araşdırmalardan sonra bu nəticə əldə edilib. 

Essex Universitetində psixoloq işləyən Professor Arnold Uilkins ağ-qara zolaqlı naxışların beynin neyronlarını eyni anda hərəkət etdirdiyini və miqren  ağrılarına yol açdığını deyib. Mütəxəssislər bu cür fotolara baxarkən tünd rəngli eynəkdən istifadə etməklə  ağrıların azalacağını bildirir.

Vüsalə Əlövsətqızı, TurpKimi.com

Dərc olunub: 22-03-2019