Niyə əsnəyirik? - Əsnəməyin faydaları


Avtobusda yol gedərkən və ya məclisdə oturarkən bir nəfərin əsnəməsindən sonra çox adamın əsnəməyə başlaması, yəqin ki  hamını düşündürməyə bilməz.

niye-esneyirik
30.03.2019 23:02 3 dəq oxuma

Nəyə görə əsnəyirik? Əsnəmə yoluxucudurmu?

TurpKimi.com xəbər verir ki, əsnəmək insanın iradəsindən asılı olmayaraq baş verən hərəkətdir, həm də üz refleksidir. Əsnəməyi idarə edən mərkəz beyindədir, hipotalamus adlanır.Əvvəllər əsnəməni yorğun olan zaman beyində oksigen qıtlığını aradan götürmək üçün baş verən bir proses kimi başa düşürdülər. Aparılan araşdırmalardan sonra bəlli oldu ki, əsnəmə tənəffüs  prosesində o qədər də önəmli rola malik deyil.
 
İnsanlarda əsnəmə prosesi ana bətnində olarkən baş verir.  Döl 11 həftədən etibarən əsnəyə bilir.  Daxildə olan oksigenin miqdarı da buna təsir göstərir. 


 
 Əsnəmə həm də yuxuya bağlı olan bir prosesdir. Belə ki, beyni oyaq saxlamaq üçün və yatmağın qarşısını almaq üçün əsnəmə baş verir.  Əgər insan əsnəyəndən sonra yatmazsa, yuxusu bir müddət sonra qaçacaq. 

Əsnəmə insanın duyğuları ilə də bağlı baş verən bir prosesdir. İnsan sakit mühitdə darıxdığı zaman hipotalamusa bununla bağlı siqnallar ötürülür və əsnəmə prosesi baş verir, depomin və serotin hormonları (xoşbəxtlik hormonu) dövrəyə girir. 

İnsan ağzı və burnu ilə nəfəs alır. Əsnəmə prosesi isə isə, məhz ağız bağlı olanda həyata keçmir.
Əsnəmə  yuxudan durarakən daha çox müşahidə edilir. Yatmazdan öncə də əsnəmək yuxunun gəlməsi anlamına gəlir. 
   

İnsanlarla bərabər pişiklər, quşlar və bəzi heyvanlar da əsnəyə bilirlər. İnsanlardan fərqli olaraq heyvanlar xarici mühitin təsirinin çox olduğu vaxtlarda əsnəyirlər.  İnsanlarda isə sakit mühitdə əsnəmə prosesi baş verir.

Əsnəmə həm də orqanizmi sakitləşdirir, yeniləyir.  İnsanların daha çox stressə düçar olduğu imtahan vaxtı əsnəmə prosesinin olması orqanizmin sakitləşməsinə xidmət edir. 

Əsnəmə yoluxucudur. Bir insan əsnəyəndə qarşısındakında da bu proses iradədən kənar baş verir. 

Qədim zamanlarda qrup liderləri axşamlar insanları bir ocaq ətrafına yığardılar. Qrup liderləri əsnəyəndə qrup tərəfindən bu proses yatma vaxtının gəldiyi kimi başa düşülürdü. Liderə reaksiya verənlər də əsnəyərək onunla eyni fikirdə olduqlarını bildirirdilər.     

Əsnəməyin elmi açıqlaması

Qanda oksigenin səviyyəsi düşdüyü zaman orqanizm oksigen ala bilmək üçün əsnəməyə başlayır.  Üzü suyla yumaq isə orqanizmi sakitləşdirir və əsnəmənin qarşısını alır.  Hipokrata görə əsnəmə yolu ilə orqanzimdən kirli hava xaric edilir. Əsnəmə insanın beynini sakitləşdirir, gərginliyi aradan qaldırır. 

Araşdırmalara əsasən, yüz insandan 90-ı gündə 1-15 dəfə əsnəyir. İnsanların 75 faizi səhərlər əsnəyir.  Yemək yedikdən sonra və gərginlik yarananda əsnəmələrin sayı artır. İnsanların 70 faizi isə əsnəyən adamı görəndə əsnəyir.  Bu da əsnəmənin yoluxucu olmağını sübut edir.  

Tez-tez əsnəmək ürək və damar sistemində müəyyən problemlərin olduğuna işarədir. Araşdırmalara görə, hər dəqiqədə əsnəmək  həkimə müraciət etmək üçün mühüm əsas verir.  
 
Dini baxımdan əsnəmə 

İslam dinində ağzı açaraq əsnəmək heç də xoş qarşılanmır. Əsnərkən əlin arxası ilə ağız örtülməlidir. Din mütəxəssisləri qeyd edirlər ki, əsnəməyə dodağı dişləməklə mane olmaq olar. Namaz vaxtı əsnəmək istəyəndə mümkün olduqca qarşısı alınmalıdır. Çünki, peyğəmbərimiz namaz vaxtı əsnəməyib.  

Vüsalə Əlövsətqızı, TurpKimi.com